Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

“2017-ci ildə adıma olan 4 hektar yarım torpağı 3 il müddətinə 5500 manat qarşılığında icarəyə verdim. Daha sonra torpağımı tələb edəndə isə onun artıq mənim adıma olmadığını öyrəndim. İllərdir müraciət etmədiyim yer qalmayıb. Amma torpaqlarımı geri ala bilmirəm”.

"DogruXeber.az" bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Salyan rayon Sarvan kənd sakini Mirsəhhət Sadıqov müraciət edib.

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

Rayonun Şorsulu kənd Pambıq məntəqəsinin direktoru Mərdan Cəlilovdan şikayətçi olan vətəndaş iddia edir ki, bu şəxs onları aldadaraq torpaqları ələ keçirir: “Mərdan 2014-cü ildə birdən-birə varlandı. Başladı camaata borca pul verməyə. Qarşılığında da kənd camaatının torpaqlarını icarəyə götürürdü. Mən də ehtiyac olduğu üçün 2017-ci ildə üz tutdum Mərdanın yanına. Onunla 3 illik müqavilə bağlayıb 5500 manat pul qarşılığında torpaqlarımı icarəyə verdim. Müqavilənin müddəti tamam olanda verdiyi borcu düzəldib yenidən yanına getdim.

Pulu verib torpağımı istəyəndə isə mənə dedi ki, “Nə torpaq? O torpaq mənim adımadır”. Elə hər şey bundan sonra başladı. Məlum oldu ki, mən nə ilkəm, nə də son… Kənddə nə qədər insanı belə aldadıb torpaqlarını alıb. Biz imzanı ağ vərəqə çəkmişik, kəndin adamıdır, haradan bilərdik ki, başımıza bu işi gətirər?! Biz söhbəti ancaq Mərdanla etmişik. Amma özü elə düz-qoş edib ki, guya onun qardaşına etibarnamə vermişik, qardaşı da torpaqları Mərdana bağışlayıb”.

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

M.Sadıqovun sözlərinə görə, baş verənlərdən sonra aidiyyəti qurumlara müraciət etməyə başlayıb. Lakin 7 il keçməsinə baxmayaraq, hələ də nəticə əldə edə bilməyib: “İcradan da bu adama dəstək olurlar, ona haqq verirlər. Bizim şikayətlərə baxan yoxdur. Salyan Rayon Məhkəməsinə şikayət verdim və Mərdanın xeyrinə qərar verildi. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdim. Bu dəfə mənim xeyrimə qərar verildi. Mərdan Cəlilov bu qərara əsasən Ali Məhkəməyə kassasiya şikayəti verdi. Bu zaman iş təzədən geri qaytarıldı ki, yenidən baxılsın. Yenə də Şirvan Apellyasiya Məhkəməsində iş mənim xeyrimə nəticələndi. Bundan sonra Mərdan yenə eyni cür müraciət etdi. Bu dəfə Ali Məhkəmədən iş Şirvan Məhkəməsinə gələndə mənim xeyrimə qərar verilən iş ləğv edildi. Bu, özü də bir müəmmadır. Biz kənd camaatıyıq, çörəyimiz bu torpaqlardan çıxırdı. İndi onlar da əlimizdən gedib. Bütün ailənin ümid yeri o torpaqlardır”.

Məsələ ilə bağlı Salyanın Sarvan kənd icra nümayəndəsi Təbriz İsmayılovla əlaqə saxladıq. O məsələni belə şərh etdi: “Hadisə ilə bağlı məlumatım var. Hazırda o iş məhkəmədədir. Mərdan Cəlilov o torpaqları rəsmi sənədlə alıb. Onlar arasında danışıqlar necə olub, bilmirəm. Çünki hadisə zamanı orada olmamışam. Amma rəsmi sənədləri olduğu üçün bu gün Mərdan haqlı çıxır. Onlar necə danışıb, necə razılaşıblar? Artıq özləri bilir”.

Vətəndaşların iddialarına cavab almaq üçün ittiham edilən sahibkar Mərdan Cəlilovun də mövqeyini öyrəndik: “Bu məsələ məhkəməyə də verilib, dəfələrlə hüquq-mühafizə orqanlarına da müraciət edilib və yoxlanılıb. Bütün bunlar dövlət idarəsində, notariusda olub. Ailəlikcə hamısı da iştirak edib. Bir-bir onlardan soruşulub ki, “Torpağı satırsan?” Onlar da razılaşıblar. Burada kimisə aldatmaq mümkün deyil. İndi bu insanlar mənə şər-böhtan atırlar”.

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…

Məcnun Məmmədovun işçisi Salyanda “PAMBIQLA BAŞ KƏSİR”… – NARAZILIQ VAR…


Oxunub: 329

Son xəbərlər

Əbdülqadir Ansuxskinin meyvə şirə istehsalı edən müəssisəsi bağlandı- Video

Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Abşeronda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub - FOTO

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Sabah Bakıda yağış yağacaq

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bütün xəbərlər