hadise
19.07.2024, 10:45
Masazırda ev yandı
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub.
"Dogruxeber.az" xəbər verir ki, ümumi sahəsi 240 m² olan birmərtəbəli, 4 otaqlı, mansarda tipli, tikintisi başa çatmayan evdə mansardanın yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.