Görünür onun rəisinin  "baxış şeyi"  qanun tanımır  -  Evsiz qalan iki ailə 1 ildir öz haqlarını ala bilmirlər // VİDEO

- "Müəllim, mən orda özüm olmuşam, evə baxış keçirmişəm".
- "Siz orda olanda nə gördünüz, nə cavab vermisiniz?".
- "Cavab budur ki, ev qəzalıdır, amma ki, onun təbii fəlakətlə bağlı olub-olmadığı müəyyən edilməmişdir".
- "Bəs axı bizdə videogörüntülər var ki, təbii fəlakət nəticəsində ev qəzalı vəziyyətə düşüb."
- "Qardaş, vallah mənim rəhbərliyimin baxış nöqtəsi odur".
- "Sizin rəhbərinizin adı nədir?"
- "Müəllim, bizim rəhbərimizin baxış şeyi odur."

"DogruXeber.az" bildirir ki, bu dialoq özünü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Dövlət Baş Layihə İnstitutunun əməkdaşı kimi təqdim edən Rüstəm adlı şəxslə "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərov arasında keçib.



Xatırladaq ki, bir neçə gün əvvəl agentliyimizin tabeliyində fəaliyyət göstərən "https://www.youtube.com/@kanal14." YouTube kanalında canlı yayımlanan"Kamalın zamanı" proqramı ilə bağlantı yaradan Daşkəsən rayon sakini Məmmədova Vüsalə Qabil qızı bildirirdi ki, onlar 2023-cü ilin iyun ayından sonra düz 4 ay iki ailə olaraq, Fövqəladə Hallar Nazirliyinin onlar üçün düzəltdiyi iki çadırda yaşayıblar. Daha sonra isə kirayədə yaşayamağa məcbur olublar.

"Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın" - Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı



Qeyd edək ki, Daşkəsən rayon, Məmməd Əsədov küçəsi, ev 5- ünvanında yaşayan və üzvləri arasında qaziləri, veteranları olan bu iki ailənin mənzili ötən ilin iyun ayında baş vermiş təbii fəlakət nəticəsində uçub.

Aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Dövlət Baş Layihə İnstitutunun əməkdaşları ailə üzvlərinin iştirakı olmadan uçan evə baxış keçirib, akt tərtib ediblər. Aktda isə mənzilin uçmasının təbii fəlakətlə bağlı olub-olmadığının müəyyən edilmədiyi qeyd olunub. Məhz bu səbəbdən də təbii fəlakətdə ziyan görmüş mənzillər üçün dövlət tərəfindən ayrılan vəsaitdən 4 üzvünün vətən üçün can qoyduğu bu ailə yararlanmayıb.

Bütün qonşuların, eləcə də yerli icra orqanı əməkdaşlarının şahidliyi və hadisəni aydınca əks etdirən görüntüləri olmasına baxmayaraq, Gəncə Layihə İnstitutunun məsul əməkdaşı Rüstəm bəyin adını sirr saxladığı rəisinin "baxış şeyi"nə görə iki ailə bir ildən çoxdur qazisiylə, veteranıyla, yaşlısıyla, körpəsiylə gah çadırlarda, gah da kirayələrdə yaşayırlar.

Qeyd edək ki, Vüsalə Məmmədovanın bildirdiyinə görə, onlar Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəhbəri Cəbrayıl Xanlarovun da qəbulunda da olublar. Amma ki, çifayda... Nəticə dəyişməyib.

Təbii ki, övladlarını Avropada ən bahalı məktəblərdə oxudan, eləcə də milyardlarla ölçülən sərvətlərə sahib olan Cəbrayıl Xanlarovun bu ailənin durumuna biganə yanaşması başadüşüləndir.
Görünür, bu qədər biznesləri olan dövlət məmurunun öz vəzifəsinə ayıracaq vaxtı qalmır.

Siyahı:

1. Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə, sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldılıb.
Qeyd edək ki, Nazim Xanlarov Cəbrayıl Xanlarovun oğludur.
2.Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti - PROSPER CARTON STUDİO isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.

3. Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir.
Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi Cəbrayıl Xanlarovun oğluna məxsusdur, avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.

4. Nobel prospekti, (Köhnə Volvo servis)5. Yasamal ray, M.A.Şərifzadə 196 (Günəş petrolun yanı)
5. Nəsimi ray, Xəqani 49 (Landmarkın arxası)6. Bakıxanov qəs, M.Fətəliyev (Arzu Şadlıq evinin yanı)
7. Digər avto-servis şəbəkəsi PYM Castrol (Peşəkər Yağlama Mərkəzi) adı altında fəaliyyət göstərir.
8. Paytaxtın müxtəlif yerlərində 5 servis mərkəzi var.
1) PYM-1 Bakı şəhəri, M.Qaşqay 44 (inqilab).
2) PYM-2 Bakı şəhəri Şərifzadə 196 (Yasamal).
3) PYM-3 Gəncə şəhəri Ə.Mehmandarov 104/4.
4) PYM-4 Bakı şəhəri Z.Bünyadov 38 (Dərnəgül).
6) PYM -5. Bakı şəhəri, Ə Haqverdiyev 13 (İncəsənət Un-nin arxasi).

8. Dövlət Agentliyinin rəhbəri özü isə hələ 2004-cü ildə təsis edilmiş "POLİ-TRANS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir. Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏLİ NƏZMİ, ev 62, m. 6 ünvanında hüquqi qeydiyyatdadır.

Bu ünvanda Fövqəladə nallar naziri Kəmaləddin Heydərova məxsus "AZƏRİ STANDART" və "AZƏR KARQO" şirkətləri də hüquqi qeydiyyatdadır.

9. Cəbrayıl Xanlarovun oğlunun daha bir şirkəti - ANKER CREATIVE SOLUTIONS" Məhdud Masuliyyətli Cəmiyyətidir, şirkət marketinq və reklam bazarında fəaliyyət göstərir.

Yox, bu hələ hamısı deyil.

İndi baxın və insafən özünüz düşünün, bu qədər işin-gücün arasında Cəbrayıl müəllim vətəndaşa necə vaxt ayırsın ?

Əslində bu yazıya Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun özünün də sahib olduğu bizneslərinin siyahısını əlavə etmək istədik, təəssüf ki, siyahı çox böyük olduğundan sistem error verdi. Odur ki, növbəti günlərdə bunu ayrıca yazı olaraq izləyicilərimizə təqdim edəcəyik.

Qeyd: Vətəndaş Vüsalə Məmmədovanın müraciəti əsasında aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinə rəsmi sorğular göndərdiyimizdən təqribən yarım ay müddət keçməsinə baxmayaraq, qurum tərəfindən hələ cavablandırılmayıb.

Mövzunu davam etdirəcəyik !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 652

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər