gundem / idman / Cəmiyyət
31.07.2024, 12:00
İlqar Qurbanova vəzifə verildi
İlqar Qurbanov Azərbaycanın əsas milli komandasının direktoru təyin olunub.
"DogruXeber.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.
Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan yığmasının heyətində 30 oyunda 1 qolla yadda qalıb.