Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov dəfn edildi

Avqusun 1-də Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

"DogruXeber.az" xəbər verir ki, dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər. 

Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, ruhuna dualar oxunub. 

Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.  

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. 

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Orxan Abbasov şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.

Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.


Oxunub: 316

Son xəbərlər

İnsanlar bir-birindən qaçır: İctimai empati niyə ölür?

Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

Dini və mənəvi tərbiyənin əhəmiyyəti: Gənclərimizi nə qoruyur?

Kreml Ankara-Bakı-Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi – Foto

Təbii fəlakətdə yararsız hala düşən evlərlə bağlı yeni qayda

Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar

“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? - Araşdırma

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - Araşdırma

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinə bu məlumatlar əlavə ediləcək

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq

ADY onlayn bilet alışını təşviq edir

"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

"-ov", "-yev" sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO // VİDEO

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər

Məşhur göz həkiminə cinayət işi açıldı

Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - Rəsmi açıqlama

Xocalının bu kəndlərinə ilk köç olacaq

Alimlər ev itlərinin məlum olan ən qədim cinsini müəyyən etdi

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar - VİDEO

“Taxta bazarı”nda yanğın - VİDEO

Paşinyan Brüsselə getdi

Rusiyanı dəstəkləyən bu ölkələrə xəbərdarlıq edildi

Bu gün onların şəhadətə ucalmasından 5 il ötür

Bütün xəbərlər