gundem / dunya
2.08.2024, 09:30
Cavad Zərif İranın vitse-prezidenti təyin edildi
İranın keçmiş xarici işlər naziri Cavad Zərif strateji məsələlər üzrə vitse-prezident təyin edilib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə "Tasinm" agentliyi məlumat yayıb. Müvafiq qərarı İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian imzalayıb.
Qeyd edək ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub.