gundem / hadise / dunya
8.08.2024, 13:45
Banqladeşdə iğtişaşlarda nə qədər insan ölüb?
Banqladeşdə davam edən iğtişaşlar nəticəsində 560 nəfər həyatını itirib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə “Prothom Alo” xəbər portalı məlumat yayıb.
Avqustun 7-si axşam saatlarına olan məlumata görə, baş nazir Şeyx Həsinənin istefasından sonrakı üç gün ərzində 232 nəfər, iyulun 16-dan avqustun 4-dək baş verən toqquşmalarda isə 328 nəfər ölüb.