Elnur Rəhimov seçki qanunlarını necə pozur? – İTTİHAM VAR…

DogruXeber.az: - “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov seçki qanunlarını pozur. Belə ki, iki gündür ki mediada “Bakı Tikiş Evi”nin məktəbli formalarının qiymətlərinin ucuzlaşdırması barədə informasiya yayılır. Maraqlıdır ki, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov bunu Yeni Azərbaycan Partiyası tərəfindən 23 saylı Nəsimi – Səbail seçki dairəsindən namizədliyi irəli sürülən oğlu Elnur Rəhimov təbliğat və təşviqata başladığı ərəfədə açıqlayır. Nəzərə alsaq ki, məktəbli formalarının qiymətləri Nazirlər Kabineti tərəfindən təsdiqlənir, Fidail Rəhimovun birdən – birə belə addım atması olduqca maraqlıdır. Fidail Rəhimov heç zaman qiymət endirilməsinə razı olmayan iş adamlarından biridir. Lakin son günlər o çox səxavətli olub. Belə ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin seçicilərindən aldığımız məlumata görə avqustun 1-dən Elnur Rəhimovun təbliğat və təşviqatı aparılır. Sakinlər bildirir ki, övladı məktəbə oxuyan seçicilərin uşaqlarına məktəbli forması, çanta və digər ləvazimatların veriləcəyi vəd edilib. Bundan əılavə imkansız seçicilər hələ avqustun birindən başlayaraq ərzaq paylanmağa başlayıb ki, bu da seçki qanunlarının pozulmasıdır. Nəsimi – Səbail seçki dairəsinin seçiciləri qeyd edirlər ki, onlarla şəxsən Fidail Rəhimovun adamları görüşərək dəstək istəyib. Artıq seçicilərin içərisindən imkansız və müalicəyə ehtiyacı olan şəxslər seçilib. Bir sözlə Fidail Rəhimov seçki qanunlarını ayaq altına ataraq oğlunun təbliğatına başlayıb.

Qeyd edək ki, Azərbaycanda vahid məktəbli formalarını öz monopoliyasına alan Fidail Rəhimovun öz oğlunu Yeni Azərbaycan Partiyasının siyahısına saldırması barədə mətbuatda yazılar dərc edilib. Mətbuat ölkədə kifayət qədər savadlı şəxslərin olduğu halda Yeni Azərbaycan Partiyası siyahıya Elnur Rəhimovun adınının siyahıya salınmasını təəccüblə qarşılamışdılar.

35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.

Qeyd edək ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsindən deputat Ziyad Səmədzadədir.//Xalq.Az


Oxunub: 123

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Temperatur 3-6 dərəcə aşağı enəcək, yağış yağacaq

Böyükağa Şükürovun müəmmalı ölümü... - İş yenidən araşdırılacaq

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Xankəndi "meri"nin avtomobili müsadirə olundu

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK yekun siyahını AÇIQLADI

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Geomaqnit qasırğası gözlənilir

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Sülh müqaviləsi imzalanarsa... - "Kalininqrad variantı"

Suriyada Amerika hərbi bazası atəşə tutulub

"Kreml yandırılmalıdır" - Trampı öldürməyə cəhd edən şəxs

Bu günə olan valyuta məzənnələri

Erməni müxalifət lideri Donbassa getdi

Bütün xəbərlər