Şirniyyat ehtiyacını aradan qaldırmağın yolları

Zamansız başlayan və zamanla təhlükəyə çevrilən şirniyyat yemək istəyinə qarşı necə mübarizə aparmaq lazım olduğunu bilmirsiniz? Şirniyyata olan ehtiyac bəzən hələ diaqnoz qoymadığımız şəkər xəstəliyinin ilk əlamətlərindən ola bilər.

"DogruXeber.az" şirniyyat ehtiyacını aradan qaldırmağın yollarını təqdim edir:

Meyvə ilə şirinləşdirilmiş qatıq/süd istehlak edin
Şirniyyat ehtiyacınız varsa, mövsümi meyvələr ilə dadlandırılmış bir kasa qatıq  istehlak edin. Bu qarışım həm şirniyyat ehtiyacınızı aradan qaldıracaq, həm də qan şəkərinizin birdən-birə yüksəlməsinin qarşısını alacaq və həzm müddətlərini uzatmaqla daha tez aclıq hiss etmənizin qarşısını alacaq.

Qəlyanaltı yeməyə əmin olun
Uzun müddət ac qaldıqda qan şəkəri düşür və bu, bədəndə şirinlik ehtiyacı kimi qəbul edilə bilər. Buna görə də qida rasionunuza ara qidalar əlavə etməklə qan şəkərinizi balanslaşdıra və şirin ehtiyacınızın qarşısını ala bilərsiniz.

Kifayət qədər su içməyi unutmayın
Susuzluq və aclıq beyində eyni yerdən idarə olunur. Bu səbəbdən bəzən susuzluq hissi aclıq və ya şirin ehtiyacı ilə qarışdırıla bilər. Kifayət qədər su istehlak etmək, lazımsız kalori qəbulunun qarşısını almağın ən sağlam yoludur.

Sadə karbohidratlardan uzaq durun
Aşağı glisemik indekslərə malik ağ un və şəkər kimi sadə karbohidratlar yerinə kompleks karbohidratları rasyonunuza daxil etməklə qan şəkərinizin daha yavaş yüksəlməsini dəstəkləyə bilərsiniz. Tam buğda, tərəvəz və paxlalılar kimi kompleks karbohidratlar qan şəkərinizin daha yavaş yüksəlməsinə kömək edir  ki, bu da şirinlik ehtiyacınızın azalmasına səbəb olur.

Kifayət qədər və keyfiyyətli yuxu alın
Araşdırmalar göstərir ki, 5 saat və ya daha az yatmaq şəkərli içki istehlakı ilə əlaqələndirilir. Çünki yuxusuz qaldığımız zaman gündəlik enerjimiz azalır və onu doldurmaq üçün davamlı olaraq atışdırmalıqlar qəbul edirik. "Şirniyyat və ya qəlyanaltı yemək səhvinə düşməmək üçün kifayət qədər yatdığınızdan və kifayət qədər keyfiyyətli yuxu aldığınızdan əmin olun.

Yüksək lifli qidalar istehlak edin
Qidaların tərkibində olan lif mədənin boşalmasını gecikdirir və daha uzun müddət tox qalmağa kömək edir. Onlar həm də qan şəkərinin qəfil artmasının qarşısını alır, onu eyni səviyyədə saxlayır və şirniyyat ehtiyacının qarşısını alır.

Çay və qəhvə əvəzinə bitki çayına üstünlük verin
Çay və qəhvə kimi vərdişlər bizə şirniyyat ehtiyacımızı xatırladır. Əgər mədə, bağırsaq, böyrək və ya təzyiq xəstəliyiniz yoxdursa, çay və qəhvə yerinə gündə bir stəkan bitki çayı (darçın qabığı və mixək əlavə etməklə) qəbul etməklə şirniyyat ehtiyacınızı basdıra bilərsiniz.

Mütəmadi olaraq sağlamlığınızı yoxlayın
Şirniyyat ehtiyacı bəzən hələ diaqnoz qoymadığımız diabetin ilkin əlaməti ola bilər. Buna görə mütəmadi olaraq qan testlərinin olması bədənimizdəki xəstəlikləri öyrənmək və ya çatışmazlığımız olan vitamin və mineralları aşkar etmək baxımından çox önəmlidir.


Oxunub: 124

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Temperatur 3-6 dərəcə aşağı enəcək, yağış yağacaq

Böyükağa Şükürovun müəmmalı ölümü... - İş yenidən araşdırılacaq

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Xankəndi "meri"nin avtomobili müsadirə olundu

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK yekun siyahını AÇIQLADI

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Geomaqnit qasırğası gözlənilir

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Sülh müqaviləsi imzalanarsa... - "Kalininqrad variantı"

Suriyada Amerika hərbi bazası atəşə tutulub

"Kreml yandırılmalıdır" - Trampı öldürməyə cəhd edən şəxs

Bu günə olan valyuta məzənnələri

Erməni müxalifət lideri Donbassa getdi

Bütün xəbərlər