“AzerGold” QSC və Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında görüş keçirilib

"DogruXeber.az" xəbər verir ki, Naxçıvan MR-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev arasında görüş keçirilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirak ilə keçirilən görüş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunmuş muxtar respublikada filiz, qeyri-filiz yataq və təzahürlərin tədqiqi sahəsində tərəflərin gördüyü işlər və fəaliyyətin koordinasiyalı şəkildə davam etdirilməsi ilə bağlı olub.

Görüşdə Xanlar Mustafayev muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadənin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib. Nazir milli dağ-mədən sənayesinin dayanıqlı inkişafı yönündə səmərəli fəaliyyət həyata keçirən “AzerGold” QSC-nin muxtar respublikada icra etdiyi geoloji tədqiqatların gələcəkdə mədən layihələrinin istismara verilməsi ilə bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Bu məqsədlə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” QSC arasında həm tarixi-geoloji məlumatların, həm də yeni tədqiqat materiallarının mübadiləsinin ümumi işə faydalı olacağı diqqətə çatdırılıb.

Zakir İbrahimov QSC-nin hasilat və istehsalat fəaliyyəti, eləcə də muxtar respublika ərazisində aparılan geoloji kəşfiyyat işləri barədə danışıb. Belə ki, o, aktiv hasilat aparılan Daşkəsən və Göygöl rayonlarındakı fəaliyyətin bölgədə iqtisadi aktivliyə təsiri, məşğulluğun artırılmasında müsbət rolu haqqında bəhs edərək, hazırda Culfa rayonunda yerləşən “Göydağ” filiz sahəsinə aid “Ortakənd” qızıl, “Göydağ” mis-porfir və “Başkənd” mis sahələri, Ordubad rayonunda yerləşən “Nəsirvaz” qızıl təzahürü sahəsində aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. Muxtar respublika ərazisində həm qurudan, həm də havadan həyata keçirilən tədqiqatlar barədə danışan Zakir İbrahimov burada mərhələli tətbiqinə başlanılan qeyri-invaziv hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik innovativ metodlardan bəhs edib. Tədqiqat işlərinin yekunu olaraq muxtar respublika ərazisində yaxın gələcəkdə mədən layihələrinin istismara verilməsi ilə ölkə iqtisadiyyatı, xüsusilə Naxçıvanın sosial-iqtisadi inkişafı, bölgədə məşğulluq, əhalinin rifah halının gücləndirilməsinə əlavə töhfə veriləcəyini, həmçinin aktiv hasilat sahələrinə yaxın yaşayış məntəqələrində sosialyönümlü proqramların, ekoloji layihələrin davamlı olaraq həyata keçiriləcəyi qeyd edilib.

Görüş qarşılıqlı maraq doğuran digər mövzuların müzakirəsi ilə davam edib, tərəflər muxtar respublikada dağ-mədən sənayesinin inkişaf etdirilməsi məqsədi ilə birgə səylərin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.


Oxunub: 280

Son xəbərlər

Taksi xidməti tənəzzül edə bilər? - Alternativləri xeyli artır

Yeniyetmə “TikTok”a görə biznes mərkəzini yandırdı

Mirvari Qəhrəmanlının qızını təhqir etdiyi bildirilən şirkət rəhbəri hakim qarşısında

Bakıda 10 yeni metro stansiyası tikiləcək - RƏSMİ

"Rusiya bacarsaydı, kömək edərdi" - Köçəryan Qarabağdakı həbslərdən danışdı

Rus hərbçilər kazarmalarını Əskipara kəndindən köçürür

Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb

İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?

AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”

Qaşımın Parisdə qazandığı medal keyfiyyətsiz ÇIXDI

Şahin Mustafayev İrana gedəcək

Paytaxtın bu rayonunda su olmayacaq

Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir - Ceyhun Bayramov

Tramp bu gün and içəcək

Kamran Əliyev qanunsuz plastik cərrahlardan danışdı

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Təbriz qəzeti 20 Yanvar faciəsi barədə məqalə dərc edib

Trampın inauqurasiyasına bir neçə saat qalmış dollar dəyər itirir - SƏBƏB

Qubada qarın hündürlüyü 17 sm-ə çatıb

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

De Yonq üçün "Barselona"ya 50 milyon avro təklif edildi

Eldar Əzizovdan köhnə binaların sökülməsi ilə bağlı AÇIQLAMA

Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - VİDEO

Quru su ehtiyatlarının qeyri-sabitliyi dünya əhalisinin 35 faizinə təsir edir

Bu gün Azərbaycan xalqı üçün tarixin ən ağrılı və bir o qədər də şərəfli səhifələrindən biridir

Bəzi ərzaq məhsulları ucuzlaşa bilər

Əməkdar artist Mövsüm Hüseynov vəfat etdi

Xəzər dənizində zəlzələ oldu

Rusiya təyyarəsi Bakıda məcburi eniş etdi

İlham Əliyevdən 20 Yanvar paylaşımı

Bütün xəbərlər