gundem / siyaset / dunya
19.08.2024, 14:30
İrandan Ermənistana daha bir xəbərdarlıq
İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və sıxdır.
"DogruXeber.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq və hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi istək var: "Hər iki tərəf regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayır. Biz ölkələr arasında ikitərəfli məsələləri şərh etmirik, lakin ABŞ-nin bölgədəki mövcudluğuna müsbət baxmadığımızı vurğulayırıq".