gundem / siyaset / dunya
30.08.2024, 13:15
İsrail Qəzzanın sərhəd planını təsdiqləyib
İsrailin Təhlükəsizlik Kabineti öz qoşunlarını ölkədə saxlamaq planını təsdiqləyib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Qərar səkkiz səs çoxluğu ilə təsdiqlənib, müdafiə naziri Yoav Qalant buna qarşı çıxıb, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə bitərəf qalıb”, - nəşr qeyd edir.
İsrail hakimiyyəti hesab edir ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının hücumuna səbəb Misirdən Qəzzaya təchizat ola bilərdi. Bu baxımdan baş nazir Benyamin Netanyahu bu tədbiri təhlükəsizliyin təminatı kimi görür.