MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

Sentyabrın 4-5-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin antiterror təlimləri keçiriləcək. 

"DogruXeber.az" xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi (UzA) məlumat yayıb.

Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin MDB-yə üzv dövlətlərin Terrorla Mübarizə Mərkəzinin əlaqələndirici rolunda keçirdiyi təlimlərin məqsədi terrorçuların obyektlərdə və izdihamlı yerlərdə aşkarlanması və mühüm məsələlər üzrə birgə tədbirlərin həyata keçirilməsində səlahiyyətli orqanların fəaliyyətini təkmilləşdirməkdir. 

Sentyabrın 4-5-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizəyə həsr olunmuş elmi-praktik konfransı keçiriləcək. 

Məlumata görə, tədbirdə iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının, terrorizm və ekstremizmlə mübarizə problemlərinin öyrənilməsi ilə məşğul olan beynəlxalq, təhsil və elmi-analitik təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır. BMT, İnterpol, Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Avrasiya Qrupu, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Konfransın nümayəndələrinin də iştirakı gözlənilir.

Konfrans iştirakçıları qabaqcıl təcrübə mübadiləsi aparacaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasını və yeni çağırışlar və təhlükəsizlik təhdidlərinə qarşı ümumi anlaşma və yanaşmaların formalaşdırılmasını müzakirə edəcəklər.


Oxunub: 220

Son xəbərlər

Bu seçki protokollarının surətlərində saxtakarlığa yol verilibmiş

Çində torpaq sürüşməsi oldu - 30-dan çox itkin düşən var

İnsan beyni ilə bağlı mühüm araşdırma: Görün nə tapıldı

AFFA Altay Həsənova qarşı! Fərid Qayıbova işləməyə imkan vermirlər

Sağlam ürək, uzun ömür istəyirsiniz? - O zaman ən azı 150 dəqiqə...

Gəncədə çökən yol niyə təmir olunmur?

Qış bitmədən əvvəl xoşbəxtlik yaşayacaq BÜRCLƏR

Yeni nazirin atası AzTV-nin sədr müavini də İŞLƏYİB

Qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları pis aqibət GÖZLƏYİR

Argentinada çay qəflətən qırmızıya çevrildi

HƏMAS-ın 491 günlük əsirliyindən sonra İsrailə qayıtdılar

Quba-Xaçmaz Regional Təhsil İdarəsində QALMAQALLI SİYAHI

Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - FOTO

Pentaqon Ukraynadakı müharibə ilə bağlı çağırış edəcək

Hərbçilərimiz Pakistanda təlimə qatıldı

İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..

Sabah Bakıya qar yağacaq

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Əsgərlərlə görüşə getmək istəyənlərin nəzərinə

Ermənistan sərhədi qanunsuz keçənləri 2 aya yaxındır tapa bilmir

SHXÇDX-nin Abşeron rayon şöbəsində “rüşvət at oynadır”

Səfərbərik Xidmətində nə baş verir? - Babatov idarə rəisi, İsbatov isə xidmət rəisinin yeni köməkçisi təyin olunub

Xamenei ABŞ-a meydan oxudu, Vaşinqtonu HƏDƏLƏDİ

"Fulcom"MMC ekologiyanı korlayır, auditdən və vergidən yayınır, fəhlələrin pulunu vermir - VİDEO

Dünyanı yeni ekoloji fəlakət gözləyir - Alimlərdən XƏBƏRDARLIQ

Neftimiz bahalaşdı

“Bakı Metropoliteni”ndə yeni TƏYİNAT - FOTO

Universitetlər şəhərdən kənara köçürülür: Hansı problemlər yaranacaq?

Təhsil həyatında ən uğurlu bürclər

Üç ölkə prezidenti Bakıya gələcək

Bütün xəbərlər