2,8 milyona ofis icarəyə götürür: BU PULA OFİSİ YİYƏSİ QARIŞIQ ALMAQ OLAR... - BU DA FAKT!!!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

"DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Agentlik tərəfindən ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirilən tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əşrəf Səfərova məxsus 3 932 kv. metr qeyri-yaşayış sahəsini 34 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 2 milyon 740 min 604 manat (ayda 80 min 606 manat) ödəyəcək.

Onu da qeyd edək ki, bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC-nin də ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Əşrəf Səxavət oğlu Səfərov olub. DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürüb və icrə haqqı olaraq 853 min 710 manat (ayda 35 min 571 manat) ödəyəcək.

DOST qeyd olunan ofis sahəsini Əşrəf Səfərovdan daha əvvəl də icarəyə götürüb. 2020-ci ildə 8 ay üçün 249 min 600 manat, 2022-ci ildə isə 6 ay üçün 213 min 432 manat, 2023-cü ildə 12 ay üçün 426 min 855 manat ödəyib.

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov 2014-cü ildən ölkənin aparıcı şirkətlərindən olan “KİA Motors Az” MMC-nin də qanuni təmsilçisi olub. Bu ilin avqust ayında Əşrəf Səfərov “KİA Motors Az” MMC-nin direktoru vəzifəsindən ayrılıb və onun yerinə qardaşı Faiq Səfərov təyin olunub.


Oxunub: 270

Son xəbərlər

Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar

Bu şəxslər hərbi xidmətdən azad edilir

Daxil Kərimov yeni himayədar axtarışında?

Daha bir icra başçısı müəlliməni müavin təyin etdi

“Putyovka”ları altdan-altdan SATIRLAR!” – VİDEO

İrəvan “soyqırım”la bağlı layihəni rədd etdi

Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...

Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

“Hesab etdim ki, məhz bu gün burada olmalıyam”

Bu idarələrdə işləyənlərə ŞAD XƏBƏR

ABŞ-də Ziya Məmmədovun adının keçdiyi milyonluq cinayət işi bağlandı

Beş BÜRC üçün inanılmaz dəyişikliklər vədi: Sevgi, səyahət və…

Kreditiniz varsa, bunu edin ki, əməkhaqqı kartınızdan pul tutulmasın

Konstitusiya Məhkəməsindən əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Möminə xatun türbəsi bərpa olunacaq

2 milyonluq yeyinti - Direktor həbs edildi

Bu obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşdi

Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları silindi

Aksizli malların aksiz dərəcələrində dəyişiklik edildi

Sahil Babayev bəzi şöbələri ləğv etdi

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır

Sürücülərin avtomobili məhv edən vərdişləri

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Afaq Əliyeva barəsində araşdırma başladı

Marsdakı sirli qara cizgilər: Düşündüyümüz kimi deyilmiş

Boks millimiz "Heydər Əliyev Kuboku-2025" beynəlxalq turnirinin qalibi OLDU

Ağdaş təhsil sektoruna müdir təyin edildi

Yerə asteroid yaxınlaşır

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Bütün xəbərlər