gundem / sosial / Səhiyyə / Cəmiyyət
4.09.2024, 10:45
"Xəstəxana bazara çevrilib..." - ETİRAZ VAR...
"Dünən (srağagün -red.) növbədənkənar parlament seçkiləri bütün əyər-əskiyi, biabırçılığı ilə baş tutdu. Məntəqələrdə nələ olduğunu internet vasitəsilə hamımız gördük. Bu Milli Məclisdə belə yığıldı. İndi məni bir şey düşündürür. Seçicilərə ağızdolusu vədlər verən deputatlar görəsən sözlərinin arxasında duracaqlar?"
"DogruXeber.az" Dia-az.İnfo-ya istinadən bildirir ki, bu açıqlama ilə jurnalist Sima Babayeva çıxış edib.
Daha sonra konkret təkliflərini irəli sürən jurnalist üzləşdiyi problemləri də deiqqətə gətirirək məsələyə diqqət yöəldib: Məsələn, məni bir vətəndaş kimi səhiyyə problemi maraqlandırır. Ailəmizdə iki nəfər hazırda onkoloji xəstə kimi qeydiyyatdadır. Çox istərdik yeni çağırış parlamentdə səhiyyə üzrə daimi komitədə TƏBİB, Səhiyyə Nazirliyi ilə bağlı məsələlərə ciddi yanaşılsın.
Onkoloji Mərkəzdə rüsvayçılıqdı. Dövlət bu tip xəstələr üçün dərmanları ayırırsa da yerində almaq olmur. Xəstəxana bazara çevrilib. Onsuz da bu adamlar canları ilə uğraşırlar. Həyatlarının ağır günlərini yaşayırlar.
Dərdlərini yüngülləşdirmək əvəzinə bir tərəfdən də ağxalatlı dəllallar onları əsəbiləşdirirlər..."