Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

DogruXeber.az: - Xəbər verildiyi kimi, Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər/Rəhbər Komitənin iclası keçirilib. Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün Məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. Maraqlıdır, bu layihənin əsas məqsədi nədir və bunun Azərbaycana xeyiri nə olacaq?

“AzərEnerji” ASC-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, sazişə əsasən, Xəzər dənizi hövzəsində yaradılacaq bərpa olunan enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması mümkün olacaq. “Bu isə sözsüz ki, Azərbaycanda yaşıl enerjinin əhatəsinin genişləndirilməsi, ixrac imkanlarımızın böyük həcmdə artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi, Avropa ölkələri ilə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, küllü miqdarda vəsaitin ölkəyə daxil olması və digər aspektlərdən olduqca əhəmiyyətlidir”.


Oxunub: 254

Son xəbərlər

Azərbaycanda turizmin utanc teri : “ŞIX” sanatoriyasında Baş verən biyabrçılılıq

İnsanlar bir-birindən qaçır: İctimai empati niyə ölür?

Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

Dini və mənəvi tərbiyənin əhəmiyyəti: Gənclərimizi nə qoruyur?

Kreml Ankara-Bakı-Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi – Foto

Təbii fəlakətdə yararsız hala düşən evlərlə bağlı yeni qayda

Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar

“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? - Araşdırma

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - Araşdırma

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinə bu məlumatlar əlavə ediləcək

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq

ADY onlayn bilet alışını təşviq edir

"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

"-ov", "-yev" sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO // VİDEO

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər

Məşhur göz həkiminə cinayət işi açıldı

Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - Rəsmi açıqlama

Xocalının bu kəndlərinə ilk köç olacaq

Alimlər ev itlərinin məlum olan ən qədim cinsini müəyyən etdi

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar - VİDEO

“Taxta bazarı”nda yanğın - VİDEO

Paşinyan Brüsselə getdi

Rusiyanı dəstəkləyən bu ölkələrə xəbərdarlıq edildi

Bütün xəbərlər