COP29-a hazırlıq prosesinə dair diplomatik korpusun üzvləri üçün ikinci brifinq keçirilib

Sentyabrın 6-da COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqini keçirib. Bu barədə COP29 Azərbaycan ƏŞ-nin mətbuat ofisindən məlumat verilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən "DogruXeber.az"a verilən məlumata görə, brifinqdə COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin Direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon iştirak ediblər. Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 150-dən artıq diplomat qoşulub.

Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq işləri, konfransın keçiriləcəyi Bakı Stadionunda COP29 müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irəliləyişlər barədə ətraflı məlumat verilərək, işlərin plana uyğun şəkildə davam etdirildiyi bildirilib.

Brifinqə qatılan diplomatların diqqətinə çatdırılıb ki, COP29-da iştirakın təşkilati tərəfinin səmərəli və rəvan şəkildə təmin edilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, UNFCCC tərəfindən icra edilən konfransa qeydiyyat prosesi, son dövr ərzində istifadəyə verilmiş COP29 xüsusi viza xidmətinin istifadəyə verilməsi, media nümayəndələrinin akkreditasiyası, radioelektron avadanlıqların qeydiyyatdan keçirilməsi və müvəqqəti radiospektrin ayrılması, COP29 Yaşıl Zonasında tədbirlərin təşkili üçün təmin olunmuş infrastruktur və məkanların rezervasiyası, tərcümə xidmətinin rezervasiyası üçün bir sıra müxtəlif portalların fəaliyyəti ətraflı izah edilib.

Qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya səfər edəcək minlərlə beynəlxalq nümayəndənin müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi məqsədilə tətbiq ediləcək nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər və nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında ƏŞ-nin ana hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev COP29 çərçivəsində təşkil ediləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Bakıya səfər edəcək dövlət və hökumət rəhbərləri və rəsmi heyətlərinə şamil olunan imtiyazlar, qarşılama, yerləşdirilmə və nəqliyyat məsələlərində yer alan protokol məqamlarına toxunub. O Heydər Əliyev adına Beynəlxalq Aeroportun tədbir zamanı fəaliyyət sxemi, şəhərdaxili nəqliyyatın təmin edilməsi, eləcə də Dünya İqlim Fəaliyyəti Sammitinin gündəliyi haqqında diplomatları məlumatlandırılıb.

Tədbir əyani və onlayn qaydada iştirak edən nümayəndələri maraqlandıran məsələlər ətrafında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.


Oxunub: 152

Son xəbərlər

Azərbaycan kubokunda yeni mövsümə Şamaxıda start veriləcək

Millətlər Liqası: Türkiyə qələbə qazandı

Xəzər dənizində zəlzələ oldu

Tramp Baydendən istədiyini aldı

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub - İDDİA VİDEO // FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

“Araz” market “Hacı Turqay” halal sosiskasının üzərinə donuz əti və donuz piyi oluduğunu göstərən etiket yapışdırıb

Avropa Məhkəməsinin qərarı: Azərbaycan keçmiş səfir Eldar Həsənova təzminat ödəməlidir

Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi

AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər - Zəhərlənmənin səbəbləri

“Antiinhisar araşdırmasını bitirməmiş “Aztelekom”un rəhbəri dəyişdi” – Osman Gündüz

AZƏRBAYCANDA ŞOK OLAY - Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi

Putin ilk dəfə İranın yeni prezidenti ilə görüşdü

Ağdamda dəhşətli mənzərə - VİDEO

NATO Putinin hədələrindən sonra nüvə silahı təlimləri elan etdi

Azərbaycan və Ermənistan spikerləri görüşəcək

Avtomobil yollarında neçə elektron tərəzi quraşdırılıb? - VİDEO

Bu iki qida xərçəng riskini azaltmağa kömək edir

Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

Baş nazir İqtisadi Şuranı topladı

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

Yarıtmaz məmurların fəaliyyətindən cana doymuş əhalinin etirazı - VİDEO

Şüyüdün faydaları

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi

"Abxaziya Gürcüstana qaytarılacaq" - Baş nazir

"İsrailə silah verməyə davam edəcəyik" - Almaniya kansleri

Bütün xəbərlər