gundem / siyaset / Cəmiyyət
7.09.2024, 14:15
Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi
Uzun illər bank sektorunda müxtəlif vəzifələrdə çalışmış Qasımov Tamerlan Məhəmməd oğlu Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.
“DogruXeber.az”ın məlumatına görə, Nəsimi rayon Məhkəməsi şikayətçinin ərizəsini qəbul edərək T. Qasımovu iddiaçı, fondu isə cavabdeh qismində tanıyıb. Bankir məhkəmə qarşısında əmək haqqı və işə bərpa tələbi qoyub. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 24-də hakim Ramin Xəlilovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ümumilikdə bank sahəsində 15 ildən artıq təcrübəyə malik olan Qasımov Tamerlan, uzun illər “AGBank” ASC-də müxtəlif rəhbər vəzifələrində çalışmış, 2020-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti Sədr müavininin satış üzrə müşaviri, Mikro Biznes Strukturunun rəhbəri, daha sonra isə bankın Müştəri Xidməti sahələrinin satış rəhbəri vəzifələrində fəaliyyət göstərib. Tamerlan Qasımovun sonuncu iş yeri isə “Muğanbank” ASC-də Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsi olub.