gundem / siyaset / dunya
9.09.2024, 12:45
"Artsaxın ləğvi ilə bağlı fərmanın keçərli olmadığını söyləmək ciddi deyil" - Erməni deputat
"Dağlıq Qarabağın ləğvi ilə bağlı fərmanın keçərli olmadığını söyləmək ciddi deyil".
"DogruXeber.az" xəbər verir ki, bu barədə Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan deyib.
O, bu sözlərinə görə Samvel Şahramanyanı tənqid edib: "Hansısa proses nəticəsində Dağlıq Qarabağın ləğvi ilə bağlı fərman imzalamaq, sonra gəlib bunun keçərli olmadığını söyləmək ciddi deyil.
Şəxsən mənim qarabağlı deputatlarla görüşmək istəyim yoxdur. Onların Ermənistan xalqının seçdiyi deputatların əksəriyyəti haqqında danışdıqları leksikon və lüğəti eşitmisiniz? Bu, sadəcə biabırçılıqdır və siz düşünürsünüz ki, biz onlarla görüşməliyik".