Bu şəxslərin ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi” qaydalarını təsdiq edib.

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçuların götürdükləri ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək:

"Sənədə əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi veriləcək. Belə ki, güzəştli ipoteka kreditinin verildiyi tarixə ilkin ödəniş və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyinin həcminə gəldikdə isə yeni qaydalara əsasən, ilkin ödəniş üçün maliyyə dəstəyi ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaq şərti ilə veriləcək. Annuitet ödənişləri üzrə isə maliyyə dəstəyi belə ödənişlərin 50 faizi həcmində olacaq. Maliyyə dəstəyi almaq istəyən hərbi qulluqçularımız “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə müraciət edə bilərlər. Maliyyə dəstəyi göstərilməsi üçün Müdafiə Nazirliyinin bu məqsədlə açılmış bank hesabında vəsait saxlanılacaq".

İqtisadçı qeyd edib ki, maliyyə dəstəyi konkret olaraq Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə veriləcək: "Eyni zamanda, bu dəstək 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir. Azərbaycan Prezidentinin son fərmanı hərbi qulluqçularımızın sosial müdafiəsini gücləndirmək və mənzil təminatını daha da yaxşılaşdırmaqla yanaşı gənclərin hərbi sahədə təhsil almasını təşviq edəcək".


Oxunub: 160

Son xəbərlər

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

NAXCIVAN SƏHİYYƏ NAZİRİ SAMİQ SADIXOV DÖVLƏT BÜDCƏSİNƏ GÖRƏN NİYƏ QƏNİM KƏSİLİB?- Fantastik əməkhaqqı

Yanan hoteldə türk yazar və ailəsindən xəbər yoxdur

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir

Prezident daha bir görüş keçirdi

Baş nazirdən şagirdlərlə bağlı QƏRAR

Üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır — LAVROV

Fərid Qayıbovla Ülvi Quliyev hansı məsələdə razılaşmır? - ARAŞDIRMA

Növbə diş həkimlərinə çatdı: Saxta diplomlu stomotoloqlarla bağlı yoxlamalara başlanıldı — RƏSMİ

Əli Kərimin oğlunun müsadirə edilən pulları qaytarıldı

Tullantı suyunun istifadəsinə dair yeni dövlət standartını qəbul edildi

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır?

Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

İlham Əliyev “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşdü

Baydenin süni intellektin risklərinə dair sərəncamı da ləğv edildi

20-dən çox prodüser Azərbaycan Prodüserlər Gildiyasından istefa verdi

Sumqayıt şəhər icra hakimiyyəti ilə bələdiyyəni birləşdirən ilginc faktlar // FOTO+VİDEO

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

İlham Əliyev Trampı təbrik etdi

Bu ölkədə çaxnaşma: Yeni virus aşkarlandı

Alim Qasımov və qızı “Əl-Cəzirə” telekanalında - VİDEO

Bakı metrosundan istifadə edənlərin nəzərinə!

Kolumbiyada fövqəladə vəziyyət elan edilib

"Veysəloğlu" xalqın cibinə girir

İmişlidə narazılıqların görünməyən "memarı" - İcra başçısı yerində olmayanda...

İş adamı Nazim Mövsümov Rusiyada ticarət kompleksini aldı

Əmək pensiyasının minimum məbləği artırılır

HƏMAS Rusiyanı dost dövlət kimi qəbul edir

İcra hakiminin bələdiyyə hakimiyyəti - VİDEO

Dünyanın ilk trilyoneri kim olacaq?

Bütün xəbərlər