Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

"DogruXeber.az" xəbər verir ki, sərəncama əsasən, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.

Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Oxunub: 220

Son xəbərlər

Bakıya ilk qar nə zaman yağacaq?

Pul köçürmələrinə nəzarət gücləndirildi

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA

Alimlərdən ilginc kəşf: Qara dəlik bir ulduzu parçalayır ki...

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Azərbaycan kubokunda yeni mövsümə Şamaxıda start veriləcək

Millətlər Liqası: Türkiyə qələbə qazandı

Xəzər dənizində zəlzələ oldu

Tramp Baydendən istədiyini aldı

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub - İDDİA VİDEO // FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

“Araz” market “Hacı Turqay” halal sosiskasının üzərinə donuz əti və donuz piyi oluduğunu göstərən etiket yapışdırıb

Avropa Məhkəməsinin qərarı: Azərbaycan keçmiş səfir Eldar Həsənova təzminat ödəməlidir

Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi

AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər - Zəhərlənmənin səbəbləri

“Antiinhisar araşdırmasını bitirməmiş “Aztelekom”un rəhbəri dəyişdi” – Osman Gündüz

AZƏRBAYCANDA ŞOK OLAY - Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi

Putin ilk dəfə İranın yeni prezidenti ilə görüşdü

Ağdamda dəhşətli mənzərə - VİDEO

NATO Putinin hədələrindən sonra nüvə silahı təlimləri elan etdi

Azərbaycan və Ermənistan spikerləri görüşəcək

Avtomobil yollarında neçə elektron tərəzi quraşdırılıb? - VİDEO

Bu iki qida xərçəng riskini azaltmağa kömək edir

Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

Baş nazir İqtisadi Şuranı topladı

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

Bütün xəbərlər