gundem / siyaset / Cəmiyyət
9.09.2024, 18:00
Peskovdan Rusiya-İran münasibətləri ilə bağlı AÇIQLAMA
Rusiya və İran ən həssas sahələrdə əməkdaşlığı davam etdirəcək.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Diplomat “Wall Street Journal”da İranın Rusiyaya yaxınmənzilli raketlər göndərdiyini iddia edən məqaləni şərh edərkən bildirib: "Biz o nəşri görmüşük. Bu tip məlumatlar heç də həmişə həqiqətə uyğun deyil.
İran bizim mühüm tərəfdaşımızdır, biz ticarət-iqtisadi əlaqələrimizi inkişaf etdiririk, bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdiririk və bunu iki xalqımızın rifahı naminə davam etdirəcəyik".