Xanların XANLIQ EŞQİ: Hər sahibkar 150 min verməlidir... - DƏLİXANADIR, VALLAH...

Naxçıvanda bağlanan qum karxalarının yenidən işə düşməsi üçün hər bir sahibkardan 150 min manat rüşvət istənilir. Bundan əlvə, onlara qoyulan aylıq „tas“ da iki min manata qaldırılıb.

"DogruXeber.az" bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a sahibkarların özləri məlumat veriblər. Onlar bildirirlər ki, yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət öncə karxaların bağlanması ilə bağlı qərar verib. Daha sonra nariz Xanlar Mustafayev sahibkarları qəbul edərək, karxanaların yenidən işə düşməsi üçün onların hər birindən 150 min manat tələb edib.

Şərur rayonundan olan sahibkar S. Tahirov deyir ki, yeni şərtlər sərf etmədiyindən nazirlə razılaşmayıblar:

“Naxçıvanda tam özbaşınalıqdır. Vəziyyət o həddə çatıb ki, nazir özü şəxsən rüşvət tələb edir. Deyir ki, tapşırıq yerli baş nariz Ceyhun Cəlilovdan gəlib. Ondan da soruşublar, deyib ki, Fuad Nəcəflinin göstərişidir. İndi biz hara şikayət edək? Ali Məclisə kimi gedib çıxmışıq, ağzımızdan vurub, geri qaytarıblar. Demək, həqiqətən də tapşırıq başdan gəlib. Necə edəcəyimizi bilmirik. 150 min rüşvət istəyirlər, 2-3 min də aylıq tas. Demək istəyirlər ki, bütün qazancınızı gətirib, bizə verin. Məcburam özümə başqa iş tamam. Ancaq, bir tərəfdən də buraxıb getmək istəmirəm. Karxanını təkcə avadanlıqlarına kreditə də girib, bir milyon manatdan artıq pul vermişəm. Demirəm istəməsinlər. Lakin, insaflı alsınlar ki, biz də qazanıb, borclarımızı ödəyə bilək”.

Adını çəkilməsini istəməyən digər sahibkar isə, məcbur qalıb, istənilən rüşvəti ödədiyini bildirir:

“Verdiyim pulu çıxarmaq üçün saxtakarlıq etməyə, yəni alıcıları altadmağa məcburam, bunu açıq deyirəm. Məsələn, indi iki kub qumu üç adıyla satıram. Əlavə olaraq, qumun içinə gil qatırıq. Başqa cür alınmır. Bizi bu saxtakarlığa məcbur edən nazirin özüdür”.

Yerli sakinlər isə qum qıtlığının yaranmasından şikayət edirlər. Şərur rayon sakini Əkbər Hüseynov deyir ki, bu səbəbdən evinin tikintisini dayandırmalı olub:
“Karxanalar gedirik, deyirlər ki, işləməyə icazə vermirlər. İşləyənlər də gilli qum satırlar. Bir maşın aldım, usta dedi ki, bu qumla tiksən, ev bir müddət sonra uçacaq. Karxanadan deyirlər 150 min rüşvət vermişik, gil qatmağa məcburuq. Belə çıxır ki, yuxarıların sahibkarlardan aldıqları rüşvət bilim belimizdən çıxacaq. Tikintini dayandırıb gözləyirəm ki, nazirlə sahibkarlar nə vaxt dil tapacaqlar”.


Oxunub: 223

Son xəbərlər

Şok-Olay Gündəm oldu : Mingəçevir Şəhər Uşaq İncəsənət məktəbinin kollektivi Şəkidə hoqqa verdi

Azərbaycanda turizmin utanc teri : “ŞIX” sanatoriyasında Baş verən biyabrçılılıq

İnsanlar bir-birindən qaçır: İctimai empati niyə ölür?

Bu universitetə dövlət sifarişi ilə yerlər açılacaq

Dini və mənəvi tərbiyənin əhəmiyyəti: Gənclərimizi nə qoruyur?

Kreml Ankara-Bakı-Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi – Foto

Təbii fəlakətdə yararsız hala düşən evlərlə bağlı yeni qayda

Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar

“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? - Araşdırma

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - Araşdırma

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinə bu məlumatlar əlavə ediləcək

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq

ADY onlayn bilet alışını təşviq edir

"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

"-ov", "-yev" sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO // VİDEO

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər

Məşhur göz həkiminə cinayət işi açıldı

Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - Rəsmi açıqlama

Xocalının bu kəndlərinə ilk köç olacaq

Alimlər ev itlərinin məlum olan ən qədim cinsini müəyyən etdi

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar - VİDEO

“Taxta bazarı”nda yanğın - VİDEO

Paşinyan Brüsselə getdi

Bütün xəbərlər