“Ay səni geydirmə…” – Eynulla Fətullayev AzTV sədrini aşağıladı, cavab gecikmədi

Ölkənin iki kütləvi informasiya vasitəsi – “Haqqin.az” saytı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında qalmaqal yaşanıb.

"DogruXeber.az" SAVASH.MEDİA-ya istinadən xəbər verir ki, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev AzTV sədrinin özünü də, dissertasiyasını da “geydirmə” adlandırıb.
Baş redaktorun həmin postunu olduğu kimi təqdim edirik:

“Deməli, geydirmə AzTV-nin geydirmə sədrinin dissertasiyası da geydirmə imiş. Geydirmənin doktorluq dissertasiyası: “Azərbaycan diasporasının mətbuatı”. Ay səni geydirmə”.

Eynulla Fətullayev bununla da kifayətlənməyib və digər postunda lənət oxuyub: “Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə baxasınız!”.
AzTV isə öz növbəsində “Haqqin.az” saytının əməkdaşlarını “cahil” adlandırıb. AzTV Feysbuk səhifəsində paylaşım edərək, sözügedəm saytı haqsızlıqda və reketçilikdə günahlandırıb. Səbəb “haqqin.az” saytının “Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir” adlı məqaləsi olub. Telekanal iddia edib ki, nə qədər çalışsalar da, AzTV-nin hansı zorakılığı, nə zaman və harada təbliğ etməsini nəinki əsaslandıra bilməyib, əksinə özlərini gülünc duruma salıblar.

AzTV saytın gülünc duruma düşdüyünü əsaslandırmaq üçün əlavə edib ki, əvvəla, sözügedən telekanal ölkədə ailə-məişət, tərbiyə və milli dəyərləri təbliğ edən əsas kanaldır, ikincisi, yazıda faktiki əksər kanallarda yayımlanan seriallardan fotolar verilsə də, nədənsə, başlığa yalnız AzTV-nin loqosu çıxarılıb.

AzTV-nin müraciətinin son abzası olduqca maraqlıdır: “Əziz həmkarlar, əgər bütün bunları sifariş yox, reytinq naminə edirsinizsə ki, AzTV-nin loqosunu görüb yazını daha çox oxusunlar, gecikmisiniz. Çünki artıq nə AzTV o AzTV-dir, nə də oxucu o oxucudur. Biz dəyişmişik. Siz də dəyişin”.

Belə çıxır ki, oxucular AzTV-nin loqosunu görəndə həmin yazını oxumurlar. Çox maraqlıdır, əgər AzTV-də bunu bilirlərsə, sözün bitdiyi yerdir.


Oxunub: 120

Son xəbərlər

Xəzər dənizində zəlzələ oldu

Tramp Baydendən istədiyini aldı

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub - İDDİA VİDEO // FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

“Araz” market “Hacı Turqay” halal sosiskasının üzərinə donuz əti və donuz piyi oluduğunu göstərən etiket yapışdırıb

Avropa Məhkəməsinin qərarı: Azərbaycan keçmiş səfir Eldar Həsənova təzminat ödəməlidir

Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi

AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər - Zəhərlənmənin səbəbləri

“Antiinhisar araşdırmasını bitirməmiş “Aztelekom”un rəhbəri dəyişdi” – Osman Gündüz

AZƏRBAYCANDA ŞOK OLAY - Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi

Putin ilk dəfə İranın yeni prezidenti ilə görüşdü

Ağdamda dəhşətli mənzərə - VİDEO

NATO Putinin hədələrindən sonra nüvə silahı təlimləri elan etdi

Azərbaycan və Ermənistan spikerləri görüşəcək

Avtomobil yollarında neçə elektron tərəzi quraşdırılıb? - VİDEO

Bu iki qida xərçəng riskini azaltmağa kömək edir

Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

Baş nazir İqtisadi Şuranı topladı

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

Yarıtmaz məmurların fəaliyyətindən cana doymuş əhalinin etirazı - VİDEO

Şüyüdün faydaları

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi

"Abxaziya Gürcüstana qaytarılacaq" - Baş nazir

"İsrailə silah verməyə davam edəcəyik" - Almaniya kansleri

Bu şəxs Nəsimi rayonuna başçı göndərilə bilər

İran müttəfiqlərini zərbə ilə hədələyir - KİV

Bütün xəbərlər