Mətləb Bağırovun məhkəmə prosesində xaricdən gizli maliyyələşdirmə faktları səsləndi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.

"DogruXeber.az"ın məlumatına görə, ilk olaraq Ramiq Həsənov şahid qismində ifadə verib: "İstintaqda verdiyim ifadəm yadımdan çıxıb. Mətləb Bağırovun şirkətləri barədə məlumatım olmayıb. Ancaq "İnterAz" kanalında operator vəzifəsində işləmişəm. Günün xəbərlərini verirdik. Dini və digər xəbərlər olurdu. Həftədə bir dəfə dini verilişimiz var idi, orada dini təriqətin nümayəndələri qonaq kimi çağrılırdı. Şirkətə 2-3 dəfə müəyyən şəxslərdən mənbəyini bilmədiyim pul alıb gətirmişəm. Məbləğ yadımda deyil. Həmin puldan əməkdaşlara maaş verilib. Mən işdən əlavə taksi fəaliyyəti ilə məşğul olurdum. Ona görə məni göndərirdilər.”

Sonra Ramiq Həsənovun ibtidai istintaqda ifadəsi elan olundu: "Mətləb mənim xalamqızının həyat yoldaşı idi. 2022-ci ilin yanvar ayından rəsmi olaraq "İnterAz" kanalında operator vəzifəsində işləmişəm. O zamana kimi qeyri-rəsmi işləmişəm. Qeyri-rəsmi cəmi 6800 manat, rəsmi 4370 manat maaş almışam. Həmin maaşları da Rəna Əkbərovadan qeyri-rəsmi formatda almışam".

Sonra Sürəyya Məmmədova şahid qismində ifadə verib: "Mən həmin şirkətdə mühasib işləmişəm. Rəsmi olaraq mənə 300 manat maaş verilib, ancaq mən heç kimə maaş paylamamışam. Məni işə Elvin adlı şəxs qəbul edib. Mən Mətləb Bağırovun cəmi 4-5 dəfə görmüşəm". Sonra hakim tərəfindən mühasibin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub: "İşlədiyim müddətdə kanala kənardan, bildirilməyən mənbədən 171 min və 219 min manat pul daxil olub".

Məhkəmənin növbəti gedişində Mircəlal Məmmədov ifadə verib: "Mən 2021-ci ilin mart ayından "İnterAz" kanalında kompüter mütəxəssisi işləmişəm. Texniki avadanlıqların təşkili və istismarı ilə məşğul olmuşam. Şirkətdə rəsmi işləmişəm. Əvvəl 800 manat sonra 880 manat maaş almışam. Onun bir hissəsini minimum əmək haqqı ilə rəsmi alırdım. Hüquq-mühafizə orqanlarının əməkdaşları şirkətə baxış keçirən zaman mənə aid olan kompüter və fləşkalarımı götürüblər. Fləşkada mənə aid olmayan materiallar var idi. Onlardan birində xarici ölkənin adı yazılmışdı. Müstəntiq kağızda yazdı göstərdi ki, bir neçə konkret xarici ölkə adında fayllar olub. Mətləb Bağırov öz ifadəsində deyib ki, bu fayllar mənə məxsusdur. Belə ki, Mətləb Bağırov 2022-ci ilin ortalarında ofisə gələn zaman iş yoldaşım Fərid məndən Hacı Mətləb üçün boş fləşka istəyib, mən də ona istifadə üçün vermişəm. Təxminən 1 saatdan sonra həmin fləşka mənə qayıtdı, ancaq içində heç zaman o fayllara baxmadım. İstintaqda dedilər ki, həmin fləşka Mətləb Bağırovdan çıxıb, ancaq o fləşka məndə olub. Saytın serveri ilə bağlı problem olanda başqa bir xarici şirkət ilə danışdıq. İşlədiyim dövrdə Mətləb Bağırovla maaşla bağlı heç bir söhbətim olmayıb. Maaş çatan zaman ofisdə belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir. Mətləb Bağırov deyirdi kanal işlətmək mənim xobbimdir. Mən bir neçə dəfə Eltun Məmmədovla gedib tanımadığımız, kimliyi bildirilməyən bir şəxsdən Xətai metrosunun yanından dollar qismində pul götürüb gətirmişik ofisə. Eltun mənim dostum idi, sadəcə onun yanında yoldaş kimi getmişəm. Həmin pulu Rəna xanıma verdik, sonra qaytardı ki, gedib manata dəyişək. Dəyişdik və həmin pul maaşlara paylandı. Maaş alanda heç bir sənədə imza etmirdik.".

Daha sonra Rəna Əkbərova şahid qismində dindirildi: "Məni işə Rəşad Dadaşov qəbul edib, ümumi rəhbərimiz Mətləb Bağırov olub. Sonra mən Salamnews-a direktor keçdim. Maaşları əməkdaşların özünə verirdik, Fərid gətirib verirdi, Mətləb müəllimin qaynı. Hər ay eyni məbləğdə pul gəlirdi, amma işçilərin sayından asılı idi. Kanalda və saytda bütün səpkilərdə materiallar gedirdi. Dini səpkidə əvvəlcədən müəyyən olunmuş sayda materiallar gedirdi. Dini xəbərlərə Samir adlı redaktor cavabdeh idi. Müsahibələr alanda Mətləb müəllim məsləhət verirdi. Şərqdə gedən hadisələrə xüsusi münasibət var idi. Şou xəbərlər demək olar ki, getmirdi. Reklamımız olurdu SalamNews-da, ancaq çox az. Əsasən bizə mobil operatorlar reklam verirdi, onlarla reklam menecerimiz danışıqlar aparırdı". Sonra Rəna Əkbərovanın ibtidai istintaqda verdiyi ifadəsi elan olundu: SalamNews informasiya agentliyində əsasən Yaxın Şərqlə bağlı xəbərlər Mətləb Bağırovun istədiyi formada gedirdi. Əsasən müəyyən təbliğatla bağlı xəbərlər. Sosial şəbəkələrdə milli xarakterli paylaşıma etiraz etmişdi”.

Növbəti məhkəmə prosesi oktyabrın 7-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov xaricdə dini təhsil alıb, İnterAz və SalamNews informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, vergidən yayınma və digər maddələrlə ittiham verilib.//unikal.az


Oxunub: 344

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər