gundem / siyaset / dunya
10.09.2024, 14:15
Rusiyadan Ukrayna ilə danışıqlar üçün yeni ŞƏRT
Rusiya Ukrayna qoşunlarının Kursk vilayəti ərazisində olduğu müddətdə Kiyevlə heç bir danışıqlar aparmayacaq.
"DogruXeber.az" xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
"Biz onları öz ərazimizdən atmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq", - Şoyqu bildirib.
Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki , Moskva Kiyevlə danışıqlara başlamazdan əvvəl dəqiq nəyin müzakirə olunacağını başa düşməlidir. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin ərazi mübadiləsi çərçivəsində müzakirəsi ciddi deyil.