"Sülh müqaviləsi imzalansaydı, Azərbaycan XİN rəhbəri də..." - Mirzoyan

Ermənistanın xarici işlər naziri Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolunu konstruktiv adlandırıb.

"DogruXeber.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan dialoqu beynəlxalq forumu zamanı deyib. 

"Rusiya 2020-ci il müharibəsindən sonra uğurla vasitəçilik edə bildi və barışıq imzalaya bildi. Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarıdır. Bu rolu ABŞ, Aİ və digər ölkələr - Fransa və Almaniya davam etdirdi. Azərbaycanlı həmkarımla isə sonuncu görüş Qazaxıstanda baş tutub", - XİN rəhbəri qeyd edib. 

O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkür edib: "Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Bu nəzəri, aksiomatik həqiqətdir".

Mirzoyan həmçinin bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovu və Türkiyədən olan həmkarı Hakan Fidanı forumda görmək istərdi: "Əgər sülh müqaviləsi imzalansaydı, o zaman Azərbaycan XİN rəhbəri də İrəvandakı forumda iştirak edərdi". 


Oxunub: 239

Son xəbərlər

Bu seçki protokollarının surətlərində saxtakarlığa yol verilibmiş

Çində torpaq sürüşməsi oldu - 30-dan çox itkin düşən var

İnsan beyni ilə bağlı mühüm araşdırma: Görün nə tapıldı

AFFA Altay Həsənova qarşı! Fərid Qayıbova işləməyə imkan vermirlər

Sağlam ürək, uzun ömür istəyirsiniz? - O zaman ən azı 150 dəqiqə...

Gəncədə çökən yol niyə təmir olunmur?

Qış bitmədən əvvəl xoşbəxtlik yaşayacaq BÜRCLƏR

Yeni nazirin atası AzTV-nin sədr müavini də İŞLƏYİB

Qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları pis aqibət GÖZLƏYİR

Argentinada çay qəflətən qırmızıya çevrildi

HƏMAS-ın 491 günlük əsirliyindən sonra İsrailə qayıtdılar

Quba-Xaçmaz Regional Təhsil İdarəsində QALMAQALLI SİYAHI

Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - FOTO

Pentaqon Ukraynadakı müharibə ilə bağlı çağırış edəcək

Hərbçilərimiz Pakistanda təlimə qatıldı

İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..

Sabah Bakıya qar yağacaq

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Əsgərlərlə görüşə getmək istəyənlərin nəzərinə

Ermənistan sərhədi qanunsuz keçənləri 2 aya yaxındır tapa bilmir

SHXÇDX-nin Abşeron rayon şöbəsində “rüşvət at oynadır”

Səfərbərik Xidmətində nə baş verir? - Babatov idarə rəisi, İsbatov isə xidmət rəisinin yeni köməkçisi təyin olunub

Xamenei ABŞ-a meydan oxudu, Vaşinqtonu HƏDƏLƏDİ

"Fulcom"MMC ekologiyanı korlayır, auditdən və vergidən yayınır, fəhlələrin pulunu vermir - VİDEO

Dünyanı yeni ekoloji fəlakət gözləyir - Alimlərdən XƏBƏRDARLIQ

Neftimiz bahalaşdı

“Bakı Metropoliteni”ndə yeni TƏYİNAT - FOTO

Universitetlər şəhərdən kənara köçürülür: Hansı problemlər yaranacaq?

Təhsil həyatında ən uğurlu bürclər

Üç ölkə prezidenti Bakıya gələcək

Bütün xəbərlər