gundem / hadise / dunya / Səhiyyə
11.09.2024, 09:30
Sudanda vəba xəstəliyindən ölənlərin sayı artıb
Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar səbəbi ilə vəba xəstəliyindən ölənlərin sayı artıb.
“DogruXeber.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, epidemiya nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb.
Qeyd edək ki, 12 avqustda epidemiya olaraq elan edilən xəstəliyə bugünə qədər yoluxanların sayı da 6618 nəfərə çatıb.