TSEK şefinin ÖZƏL BİZNESİ... - İLGİNC FAKT

DogruXeber.az: - "Bu Anar Bayramovdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədridir. Həmin Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə qurumdur..." Dia-az.İnfo xəbər verir ki, bunu özünün "facebook" səhifəsində tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

TSEK şefinin ÖZƏL BİZNESİ... - İLGİNC FAKT

Anar Bayramov

O daha sonra əlavə edib: "Eyni zamanda Anar Bayramov “A-Qroup Sığorta Şirkəti”nin Direktorlar Şurasının üzvüdür. Yəni faktiki olaraq nəinki sadə məmur, Agentlik rəhbəri özəl sığorta şirkətinin rəhbər şəxslərindən biridir. Özü də həmin sığorta şirkətində 2002-ci ildən çalışır, İdarə Heyətinin sədri də olub. Amma 2021-ci ildən dövlət işinə keçdikdən sonra da özəl qurumda fəaliyyətinə xitam verməyib.

Son illər ərzində publik hüquqi şəxs statusunda xeyli qurum yaradılıb. Faktiki olaraq dövlət orqanlarının səlahiyyətləri onlara verilir. Amma dövlət orqanlarında çalışanlardan fərqli olaraq publik hüquqi şəxslərin işçiləri dövlət qulluqçuları hesab edilmir. Qanunda boşluq var: publik hüquqi şəxslərin işçilərinə hər hansı digər fəaliyyətlə məşğul olmaq qadağan edilmir. Onlar da bundan sui-istifadə edərək dövlət işində ola-ola özəl bizneslə də aşkar şəkildə məşğul olurlar. Yəni dövlətdən maaş ala-ala iş vaxtı ərzində bizneslə də məşğuldurlar. Özü də bunu heç gizlətmirlər də.

Məsələnin etik aspekti (dövlətdən maaş ala-ala iş vaxtı ərzində biznes fəaliyyəti) bir tərəfə. Əsas həm də odur ki, faktiki olaraq məmur, hətta rəhbər olan şəxslər özəl sektora müdaxilə edirlər və nəticədə ciddi maraqlar toqquşması yaranır. Bilmirsən, dövlət maraqlarını rəhbər tuturlar, yoxsa özəl maraqları..."


Oxunub: 112

Son xəbərlər

Azərbaycan kubokunda yeni mövsümə Şamaxıda start veriləcək

Millətlər Liqası: Türkiyə qələbə qazandı

Xəzər dənizində zəlzələ oldu

Tramp Baydendən istədiyini aldı

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub - İDDİA VİDEO // FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

“Araz” market “Hacı Turqay” halal sosiskasının üzərinə donuz əti və donuz piyi oluduğunu göstərən etiket yapışdırıb

Avropa Məhkəməsinin qərarı: Azərbaycan keçmiş səfir Eldar Həsənova təzminat ödəməlidir

Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi

AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər - Zəhərlənmənin səbəbləri

“Antiinhisar araşdırmasını bitirməmiş “Aztelekom”un rəhbəri dəyişdi” – Osman Gündüz

AZƏRBAYCANDA ŞOK OLAY - Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi

Putin ilk dəfə İranın yeni prezidenti ilə görüşdü

Ağdamda dəhşətli mənzərə - VİDEO

NATO Putinin hədələrindən sonra nüvə silahı təlimləri elan etdi

Azərbaycan və Ermənistan spikerləri görüşəcək

Avtomobil yollarında neçə elektron tərəzi quraşdırılıb? - VİDEO

Bu iki qida xərçəng riskini azaltmağa kömək edir

Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

Baş nazir İqtisadi Şuranı topladı

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

Yarıtmaz məmurların fəaliyyətindən cana doymuş əhalinin etirazı - VİDEO

Şüyüdün faydaları

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi

"Abxaziya Gürcüstana qaytarılacaq" - Baş nazir

"İsrailə silah verməyə davam edəcəyik" - Almaniya kansleri

Bütün xəbərlər