gundem / sosial / Cəmiyyət
16.09.2024, 14:45
46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
"DogruXeber.az"ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əksini tapıb.
Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb.
MSK-nın ləğv etdiyi 43 məntəqədən 20-si bugünkü iclasda olub.