gundem / siyaset / dunya
16.09.2024, 09:45
Erməni müxalifət lideri Donbassa getdi
Ermənistanın “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan nümayəndə heyəti ilə birlikdə ilk dəfə olaraq Donetskə səfər edib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Tevanyan mətbuata açıqlama verib.
"Görünməmiş səfər, çünki bundan əvvəl Ermənistandan heç bir siyasi nümayəndə heyəti Donetsk Xalq Respublikasına (DXR. - red.)gəlməmişdi", - o, vurğulayıb.
Tevanyanın sözlərinə görə, erməni müxalifətinin Donbassa gəlişi Ermənistanda İrəvanla Moskva arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə tərəfdar olan qüvvələrin olduğunu göstərir.
Erməni müxalifətçinin qeyd etdiyi kimi, DXR-ə səfər Donbassdakı yerli erməni icmasının təşəbbüsü ilə təşkil olunub.
Qeyd edək ki, Ukraynanın Donbass bölgəsinin bəzi əraziləri Rusiya Federasiyasının nəzarəti altındadır.