gundem / hadise / Cəmiyyət
16.09.2024, 11:30
Geomaqnit qasırğası gözlənilir
13-14 sentyabrda baş vermiş TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə "DogruXeber.az"a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.