gundem / hadise / dunya
16.09.2024, 10:15
"Kreml yandırılmalıdır" - Trampı öldürməyə cəhd edən şəxs
Rayan Uesli Root adlı şəxs ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinir.
"DogruXeber.az" xəbər verir ki, bu barədə “Fox News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.
"Keçmiş prezident Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rootdur. O, Trampdan 300-500 metr aralıda idi", - deyə qeyd olunub.
Onu da əlavə edək ki, Root 2022-ci ildə X platformasında Ukraynada döyüş meydanında ölməyə hazır olduğunu bildirib: "Kreml yandırılmalıdır. Mən Krakovdan uçmağa və könüllü olaraq Ukrayna sərhədinə getməyə, döyüşüb ölməyə hazıram... Qoy nümunə olum, biz qalib gəlməliyik".
CNN yazır ki, 2023-cü ildə o, öz "Facebook" səhifəsindən əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə təşviq etmək üçün istifadə edib.
Qeyd edək ki, şübhəli artıq həbs edilib.