NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.

İclasda Ali Məclisin komitələri sədrləri, sədr müavinləri və komitə üzvləri seçilib.

Deputalardan Əjdər Əliyev Hüquq siyasəti komitəsinin, Emin Şıxəliyev İqtisadi siyasət komitəsinin, Nuray Əliyeva Sosial siyasət komitəsinin, Ülkər Bayramova isə Humanitar siyasət komitəsinin sədrləri seçiliblər.

Kamil Şükürov Hüquq siyasəti komitəsinin, Mübariz Bayramov İqtisadi siyasət komitəsinin, Azad Novruzov Sosial siyasət komitəsinin, Əziz Qasımov Humanitar siyasət komitəsinin sədr müavinləri təsdiqləniblər.

Sədr seçə bilməyən yeddinci çağırış Ali Məclisin deputatları komitə sədrləri və müavinlərinin seçkisini də yarıtmayıblar.

"DogruXeber.az" “TNS.az-a istinadən ” xəbər verir ki, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri seçilən Emin Şıxəliyev tarixçidir. O, Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsini bitirib. Tarix elmləri doktoru Emin Şıxəliyev 2005-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2023-cü ildən Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında tam ştat müəllim olaraq fəaliyyətini davam etdirir.

Emin Şıxəliyev yaxşı alim, dəyərli ziyalıdır. Ancaq onun Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri seçilməsi absurddur. Emin Şıxəliyev bir gün də olsun iqtisadi sahədə çalışmayıb. Ali Məclisin İqtisadi siyasət komitəsi muxtar respublika büdcəsinin müzakirə olunduğu, büdcəyə rəy verildiyi komitədir. Bu komitəyə bir iqtisadçı rəhbərlik etməlidir. Deputatların sırasında vaxtilə Ali Məclis Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmış Rafiq Novruzov kimi iqtisadçılar var. İqtisadi siyasət komitəsinin sədr müavini Mübariz Bayramov uzun illər Nazirlər Kabineti Aparatının İqtisadiyyat, Aqrar məsələlər və ekologiya şöbələrinə rəhbərlik edib. Onların deyil, tarixçi Emin Şıxəliyevin İqtisadi siyasət komitəsinin sədri seçilməsi Ali Məclis rəhbərliyinin səriştəsizliyinin nəticəsidir.

Ali Məclisin Humanitar siyasət komitəsinin sədri hüquq təhsilli, Naxçıvanın sabiq ombudsmanı Ülkər Bayramova yox, Emin Şıxəliyev olmalı idi. Çünki deputat Şıxəliyev elm, təhsil adamıdır, o, bu komitəyə daha uğurla rəhbərlik edə bilərdi.

Ali Məclisin deputatı seçilmiş Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov kimi təcrübəli kadrın Sosial siyasət komitəsinin sədr müavini, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri vəzifəsində çalışmış, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın isə həmin komitənin sədri seçilməsi də məntiqli deyil.

Göründüyü kimi, bu deputatların Naxçıvan Ali Məclisinin komitə sədrləri və müavinləri seçilməsi ali qanunverici orqanın səmərəli fəaliyyət göstərməsinə hesablanmayıb. Bu qərar kimlərinsə marağının təmin olunmasına hesablanıb.

Başqa nə gözlənilirdi ki...

Konstitusiyanı kobud şəkildə pozub sədr seçməyən, Naxçıvanda 5 il daimi yaşamayan, Ali Məclisin sədri seçilməsini konstitusiya qadağan edən deputatın ali vəzifəli şəxsin səlahiyyətlərini icra etməsinə imkan verən deputatlar elə belə də komitə sədrləri seçməli idi.


Oxunub: 139

Son xəbərlər

Pul köçürmələrinə nəzarət gücləndirildi

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA

Alimlərdən ilginc kəşf: Qara dəlik bir ulduzu parçalayır ki...

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Azərbaycan kubokunda yeni mövsümə Şamaxıda start veriləcək

Millətlər Liqası: Türkiyə qələbə qazandı

Xəzər dənizində zəlzələ oldu

Tramp Baydendən istədiyini aldı

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub - İDDİA VİDEO // FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

“Araz” market “Hacı Turqay” halal sosiskasının üzərinə donuz əti və donuz piyi oluduğunu göstərən etiket yapışdırıb

Avropa Məhkəməsinin qərarı: Azərbaycan keçmiş səfir Eldar Həsənova təzminat ödəməlidir

Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi

AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər - Zəhərlənmənin səbəbləri

“Antiinhisar araşdırmasını bitirməmiş “Aztelekom”un rəhbəri dəyişdi” – Osman Gündüz

AZƏRBAYCANDA ŞOK OLAY - Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi

Putin ilk dəfə İranın yeni prezidenti ilə görüşdü

Ağdamda dəhşətli mənzərə - VİDEO

NATO Putinin hədələrindən sonra nüvə silahı təlimləri elan etdi

Azərbaycan və Ermənistan spikerləri görüşəcək

Avtomobil yollarında neçə elektron tərəzi quraşdırılıb? - VİDEO

Bu iki qida xərçəng riskini azaltmağa kömək edir

Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

Baş nazir İqtisadi Şuranı topladı

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

Yarıtmaz məmurların fəaliyyətindən cana doymuş əhalinin etirazı - VİDEO

Bütün xəbərlər