Bu şəxslərin xidmət illərinin hesablanması Qaydası təsdiqləndi

Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası təsdiqlənib.

"DogruXeber.az"ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qayda vergi orqanlarının vəzifəli şəxslərinə pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanmasına şamil edilmir. Qeyd olunan şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilərkən nəzərə alınan qulluq stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanır.

Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə aşağıdakı dövrlər daxil edilir:

- vergi orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət keçdiyi müddət;
- vergi orqanlarında staj və sınaq müddəti;
- vergi orqanlarında xidmət edərkən vəzifəsinin və əməkhaqqının saxlanması şərtilə xidmətdən ayrıldığı müddət;
- məzuniyyət dövrləri;
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
- vergi orqanlarının sərəncamında olduqları və ya tutduqları vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldıqları müddət;
- peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma müddəti, həmçinin vergi orqanları üçün mütəxəssislərin hazırlanması məqsədilə müvafiq göndərişə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində hazırlıq kurslarına cəlb edildikləri Azərbaycan Respublikasının, habelə xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldıqları müddət.

Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

- dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti;
- 1991-ci il oktyabrın 18-dək dövlət, SSRİ sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;
- hakim vəzifəsində işlədikləri müddət;
- seçkili orqanlarda işlədikləri müddət;
- Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;
- dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.

Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl vergi orqanlarında xidmət keçmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduqları müddət xidmət illərinə daxil edilir. Qanunla müəyyən edilmiş əsaslar olmadan vergi orqanlarında xidmətinə xitam verilmiş, sonradan isə məhkəmənin qərarı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əmri əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xidmətinə xitam verildiyi gündən bərpa olunma gününədək keçmiş müddət xidmət illərinə daxil edilir. Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik vergi orqanlarının vəzifəli şəxslərinin tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri xidmət illərinə daxil edilir.Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar vergi orqanlarında xidmət illərinin hesablanmasında nəzərə alınır.

Xidmət illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə xidmət dövrləri düzgün əks etdirilmədikdə xidmət illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, əməkhaqqının ödəniş cədvəlləri və xidməti fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının və ya Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanır. Xidmət illərinin hesablanması qaydasının tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması üzrə komissiyalar tərəfindən aradan qaldırılır. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi və ya müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Xidmət illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq vergi orqanında saxlanılır, surəti isə vəzifəli şəxsin şəxsi işinə əlavə edilir. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesab- lanması üzrə komissiyaların qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə və (və ya) məhkəməyə şikayət verilə bilər.


Oxunub: 195

Son xəbərlər

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!

Saleh Səmədovun yerinə yeni sədr seçildi

Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

"İlham qardaşımın 9-cu nəvəsi oldu" - Ərdoğan

Yasamal rayonunda sakinlər üçün növbəti səyyar qəbul keçirildi - FOTO

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu - FOTO

"Dövlət layihəsi" adı altında "qaz vurub, qazan dolduranlar" - VİDEO

201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi

"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var

Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək - Prezident açıqladı

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi - Həyat yoldaşı müraciət etdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyil" - Prezident

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir // VİDEO

Tənhalıq kar olmağımıza səbəb ola bilər

Hansı evlərə “kupça” verilmir?

Sədr müavini Nazir təyin olundu

Ali Məhkəmədən əsassız varlanma ilə bağlı mühüm qərar

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

"Memar Əcəmi"yə ciddi təhlükə yaradan nəhəng obyekt tikintisi: Günahkarlar istədiklərini etməkdən çəkinmirlər - FOTOFAKTLAR

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişdi

Bütün xəbərlər