Sirat  körpüsündən  yıxılan  təhsilimiz  lay-lay...

Azərbaycan təhsili ən gərgin dövrünü yaşayır. Əgər belə davam edərsə təhsilimizin çox yaxında "komaya düşəcəyi" qaçılmazdır.

"DogruXeber.az" bildirir ki, son aylar hər gün ardıcıl şəkildə redaksiyamıza daxil olan bu sahəyə dair şikayət və müraciətlər belə düşünməyimizə əsas vermiş olur.

Aylardır Sertifikasiya imtahanının qeyri-şəffaf keçdiyini deyən, imtahan otaqlarındakı müşahidə kameralarının açılmasını tələb edən 4 min nəfərdən çox işsiz qalan müəllimlər, sözün əsl mənasında onlardan qaçan, görüşmək istəməyən Elm və Təhsil naziri Emin Əmrullayevə sözlərini çatdırmaq üçün çarəsiz halda mətbuata üz tutdular.

Lakin, bu qədər insanların israrlı tələblərinə qarşı Elm və Təhsil Nazirliyi hələ də səssizlik nümayiş etdirir. Bəlli ki, haqsızlığa məruz qaldıqlarını deyən müəllimlər imtahanın qeyri-şəffaf keçməsi barəsindəki iddialarında haqlıdırlar və Emin Əmrullayevlə onun komandası da bundan xəbərdardır.

Bunu elə vəzifə borcunun mətbuat nümayəndələri və ictimaiyyətlə əlaqələr yaratmaqdan ibarət olan Səbuhi Rzayevin zənglərimizdən belə qaçmasından, suallarımıza cavab verməyə qadir olmadığından da aydın görmək olur.

Qeyd edək ki, mühüm vəzifələri özü kimi gənclərə həvalə edən Emin Əmrullayev seçimində çox diqqətlidir ki, özü kimi də fəaliyyəti (ya da fəaliyyətsizliyi) ilə narazı saldığı insanlardan məharətlə yayına bilən insanları ətrafına toplayıb.

Söz yox ki, Səbuhi Rzayevdən əvvəl Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan məşhur Cəsarət Valehovun da vəzifənin öhdəsindən layiqincə gəldiyini desək vəzifəyə haqsızlıq edərik, amma ən azından hərdənbir zənglərə cavab verib, yerinə yetirməsə də ümidverici cavablarla yola verməyi var idi. Hər kəs Cəsarət Valehovun yerində olmadığını, işinin öhdəsindən gəlmədiyini deyərək, onun işdən azad olunmasını istəyirdi. Amma, deyəsən yağışdan çıxıb, yağmura düşdük. Onun yerinə təyin edilən gənc və təcrübəsiz Səbuhi Rzayev deyəsən işinin yalnız dövlət televiziyalarına "xumarlanaraq" verdiyi "bəzəkli-düzəkli" müsahibələrdən ibarət olduğunu düşünür.

Demək ki, problem çalışanlarda deyil, onları vəzifəyə təyin edən nazirin tapşırığı, yaxud da fəaliyyət metodu belədir - "bir qulağından al, o, birindən ver getsin, yetər ki, cibimiz dolsun".

Onu da qınamırıq, "Şakaya pul lazımdır". Zarafat deyile o, boyda Avropanın ən tanınmış universitetlərində gəlinbacı oxutmaq. O, bizim gənc nazirimiz Emin Əmrullayevdir ki, vəzifəsinin öhtəsindən gəlməsə də gəlinbacı üçün hər çətinliyə məharətlə sinə gərir.

Amma, ödəniş məsələlərində təhsil sahəsində çalışanların da haqqını danmaq olmaz. Nə də olsa "para"nın (pul) mənbəyi onlardır axı.

Yox, bu da bizim sadəcə ehtimalımız deyil. Sözügedən sahədə illərini verən, elmi dərəcələri ola-ola, direktorluq müsabiqələrində yüksək nəticələr göstərməsinə rəğmən müxtəlif bəhanələr əsas gətirilərək, buna nail olmasına süni əngəllər yaradılan şəxslərin kənarda qaldığı bir vaxtda, heç bir müsabiqədə nəinki lazımi nəticəni göstərməyən, hətta ümumiyyətlə müsabiqələrdə iştirak etməyən şəxslərin bu vəzifələrə təyin olunmaları, barələrində kifayət qədər şikayət və ciddi faktların olduğu halda Fəranə Məhərrəmova, Günay Həsənova, Zəminə İsayeva, Beyləqan Rayon Xalaç kənd orta məktəbində Murad Məmmədov, Həcər Mahmudova, Ruhiyyə Tağıyeva, Əsmər Əliyeva və sair kimi yüzlərlə, bəlkə də minlərlə şəxslərin hələ də bu sahədə çalışması Emin Əmrullayev rəhbərliyinin Azərbaycan təhsili üçün nə qədər böyük təhlükə, nə qədər güclü zərbə olduğunun göstəricisidir.

Sən demə, onların korrupsoner əməllərindən rəhbərliyin xəbəri əvvəldən varmış - Bağça müdiri özü etiraf edir // VİDEO

Bəs qanunsuz yığılan pullar hara gedir, Zəminə xanım ? - VİDEO

Korrupsiya tüğyan edən təhsil müəssisəsində ailə biznesi - VİDEO

Yeri gəlmişkən, Sertifikasiya imtahanından kəsilən müəllimlərin böyük əksəriyyəti sertifikasiya imtahanlndan əvvəl onlardan uğurlu nəticələr vəd edilərək pul tələb edildiyini iddia edirlər. Hətta, onların sözlərinə görə əks halda kəsiləcəkləri xəbərdarlığı edilmişdi ki, oldu da.

Bizim cənab belə cənabdır, dedimi, mütləq edir.

Elə bu cənabın ən lazımlı, vacib, aparıcı sahənin - təhsilimizin başında olmağı, bu xalqın bu gününün və gələcəyinin müsibətidir.

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Güman edirik ki, ən qısa zamanda ölkə başçısı onun böyük çətinliklərə, təhlükələrə sinə gərərək qoruduğu dövlətə, dövlətçiliyə və uğurlu siyasətinə əks olan təhsil siyasətini düşdüyü durumdan çıxaracaq olan o, qərarı verəcək və bu sahəyə aid olan bir şəxsə təhsilimizi həvalə edəcəkdir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az


Oxunub: 745

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər