gundem / siyaset / dunya
2.10.2024, 16:00
"İsrailin növbəti hədəfi Türkiyə olacaq" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin torpaqları və Livandakı hərbi əməliyyatlarının tezliklə Türkiyəyə də genişlənə biləcəyini söyləyib.
"DogruXeber.az" xəbər verir ki, Ərdoğan bunu oktyabrın 1-də parlamentin açılışında çıxışı zamanı deyib.
Türkiyə lideri qeyd edib ki, İsrailin hərəkətləri regionun digər ölkələrinə də yayıla və nəticədə Türkiyəyə də çata bilər.
"Livandan sonra növbəti yerin adını sizə açıq deyirəm, bizim vətənimiz olacaq... Netanyahunun arzularına Anadolu da daxildir", – Ərdoğan bildirib.
Ərdoğan Türkiyənin gərginlik şəraitində bitərəf qalmasını müdafiə edənləri də tənqid edib.