gundem / siyaset / dunya
2.10.2024, 16:30
İsveçrə ilə İtaliya arasında sərhəd yenidən müəyyənləşəcək
İsveçrə və İtaliya arasında sərhəd yenidən müəyyənləşəcək.
"DogruXeber.az" xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Buna səbəb İtaliya və İsveçrə arasında sərhədi müəyyən edən buzlaqların əriməsi olduğu qeyd olunub.
İsveçrə hökuməti dəyişikliyi rəsmi olaraq təsdiqləsə də, İtaliyada təsdiq prosesinin davam etdiyi bildirilib.
Hər iki tərəfin imzalanma prosesi başa çatdıqdan sonra müqavilənin bağlanacağı və yeni sərhədin detallarının ictimaiyyətlə paylaşılacağı bildirilib.