Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün oktyabr ayı üzrə səyyar qəbul keçirilib.

"DogruXeber.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 167 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.

Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri həyətlərin abadlaşdırılması, mənzillərin su təchizatı, tikinti şirkətləri tərəfindən yaşıllıqlara dəyən zərər, qurumuş ağacların budanması, rayondakı stadion və digər idman infrastrukturunun təzələnməsi, küçələrin işıqlandırılması, məşğulluq, qanunsuz tikinti ilə mübarizə və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Görüş zamanı sakinlər son zamanlar rayonda görülən abadlıq və qurucluq işlərinə görə RİH rəhbərliyinə minnətdarlığını ifadə ediblər.

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO

Yasamalın icra başçısı sakinlərlə görüşdü - FOTO


Oxunub: 522

Son xəbərlər

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Yeddinci hissə

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim

Vahid pasport sistemi yaradıldı

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Goranboyda hərbi maşını qəzaya düşdü

Boğazına arı gedən milyarder öldü

Zakir Həsənov İrana başsağlığı verdi

Paşinyan: Bakı ilə sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırıq

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Rusiya Azərbaycana təşəkkür edib

Qurtuluş gününün havası

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur" - Hikmət Hacıyev

İsrailin zərbəsi nəticəsində 60 nəfər ölüb

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

Xətaidə konsert proqramı təşkil olundu - VİDEO+FOTO

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bütün xəbərlər