gundem / Cəmiyyət
3.10.2024, 10:45
Bu, alkoqoldan psixi asılılıq yaradır
Emosional sıxıntıya görə içmək istəyi sizin alkoqol istəyiniz olduğunun açıq siqnalıdır.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu britaniyalı psixoloq Coanna Cons deyib.
Cons hesab edir ki, narahatlığı aradan qaldırmaq, çətin gündən sonra dincəlmək üçün spirtli içki qəbul etmək həmişə spirtlə bağlı probleminizin olduğunu və ya yaxın gələcəkdə problem yarana biləcəyini göstərir.
"Əgər siz emosiyalarınızı idarə etmək üçün içkidən istifadə edirsinizsə, bu, alkoqoldan psixi asılılıq yaradır", - deyə mütəxəssis qeyd edib.
Bundan əlavə, o, alkoqol tolerantlığının inkişafını həyəcan siqnalı adlandırıb:
"Cəmiyyətdə belə qəbul edilir ki, içki içməmək və sərxoş olmamaq yaxşıdır. İnsan özü də fikirləşir ki, bir stəkan şərabdan sərxoş olmağı dayandırıbsa, deməli, bədənində hər şey qaydasındadır”, - Cons deyir. Əslində, alkoqolun zərəri həmişə eynidir, lakin bədən böyük dozada spirtə uyğunlaşa bilir.
Psixoloq həmçinin qeyd edib ki, əgər içmək vərdişi işə, şəxsi münasibətlərə zərər verirsə və ya yuxuya mane olursa, asılılığın müalicəsini nəzərdən keçirməyə dəyər.