gundem / siyaset / dunya / Cəmiyyət
10.10.2024, 16:15
Kralı III Çarlz COP29-da Bakıya gələ bilməyəcək - SƏBƏB
Böyük Britaniya kralı III Çarlz gələn ay Bakıda keçiriləcək COP29 qlobal iqlim sammitində iştirak etməyəcək.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu qərara səbəb monarxın səhhətindəki problemlərdir.
75 yaşlı kralın xərçəng xəstəliyindən müalicə aldığı bildirilir. Diaqnoz fevral ayında qoyulub.
Qeyd edək ki, III Çarlz ətraf mühit məsələlərində fəal mövqeyi ilə tanınır. Ötən il o, Dubayda COP28 sammitinin açılışında çıxış edib.