“Antiinhisar araşdırmasını bitirməmiş “Aztelekom”un rəhbəri dəyişdi” – Osman Gündüz

“Aztelekom-da yenidən rəhbər dəyişikliyi olduğu bildirilir”.

"DogruXeber.aaz" Tribunainfo.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib. O, diqqətə çatdırıb ki, rəhbər dəyişikliyi yeni hüquqi statusda olan “Antiinhisar”ın təbii inhisar subyekti olan “Aztelekom”la “vuruşmağa” hazırlaşdığı bir zamanda olub:

“Bu, son 3-4 ildə, səhv eləmirəmsə Aztelekom rəhbərliyində 5-ci dəyişiklikdir.

Xatırladıram ki, hazırda internet qiymətləri ilə bağlı vətəndaşların seçim hüququnu məhdudlaşdırdığına və “kartel sövdələşməsi”nə görə “Antiinhisar” “Aztelekom”la bağlı araşdırma aparır. 2 aydır ki araşdırma başa çatdırılmayıb.

İki təbii inhisarçının, “Aztelekom” və “Baktelekom”un birləşərək ölkə üzrə yalnız bir inhisarçının- vahid bir “Aztelekom” operatorunun yaradılmasına “Antiinhisar” etiraz etdiyinə görə indiyədək də Antiinhisar və “Aztelekom” arasında məhkəmə çəkişməsi davam edir.

Dövlətə məxsus operatorlarda baş verənlər, sektordakı təbii inhisarçının qiymət siyasətinin effektiv olmaması, rəqəmsal sektorda istehlakçıların hüquqlarının qorunması sahəsindəki problemlər həm də yeni formalaşmış İKTA -nın sektora tənzimləyici təsir mexanizmlərinin zəif olması ilə bağlıdır. Bir tərəfdən RİNN “Onlayn Azərbaycan” layihəsi çərçivəsində dövlət və özəl tərəfdaşlıq çərçivəsində qısa zamanda ölkə üzrə nəhəng bir internet şəbəkəsi formalaşdırdı. On illər ərzində görülməyən iş reallaşdırıldı, ölkənin hər bir sahəsində keyfiyyətli internetə əlçatanlıq yaradıldı. Etiraf etmək lazırdır ki, bu, sözün həqiqi mənasında nəhəng bir işdir.

Amma digər tərəfdən yeni formalaşan bu internet şəbəkəsi həm də əsasən dövlətə məxsusdur. “Aztelekom” üzərindən olan bu şəbəkə dövlətə məxsusdur və qurum da qanuna görə təbii inhisar subyektidir.

Bu baxımdan qurumun dərhal minimal internet tariflərini qaldıraraq vətəndaşlara seçim imkanı verməməsi, əlçatanlığın qiymət siyasəti ilə məhdudlaşdırılması yolverilməzdir.

Yeri gəlmişkən, “Aztelekom”da rəhbər dəyişikliyi haqqında rəsmi açıqlama olmayıb.

Ümid edirəm ki, “Aztelekom” və “Antiinhisar” razılığa gələcək, uzun-uzadı məhkəmə çəkişmələri olmayacaq və internet tarifləri ilə bağlı vətəndaşlara sərbəst seçim imkanları yaradılacaq”.


Oxunub: 173

Son xəbərlər

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!

Saleh Səmədovun yerinə yeni sədr seçildi

Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

"İlham qardaşımın 9-cu nəvəsi oldu" - Ərdoğan

Yasamal rayonunda sakinlər üçün növbəti səyyar qəbul keçirildi - FOTO

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu - FOTO

"Dövlət layihəsi" adı altında "qaz vurub, qazan dolduranlar" - VİDEO

201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi

"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var

Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək - Prezident açıqladı

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi - Həyat yoldaşı müraciət etdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyil" - Prezident

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir // VİDEO

Tənhalıq kar olmağımıza səbəb ola bilər

Hansı evlərə “kupça” verilmir?

Sədr müavini Nazir təyin olundu

Ali Məhkəmədən əsassız varlanma ilə bağlı mühüm qərar

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

"Memar Əcəmi"yə ciddi təhlükə yaradan nəhəng obyekt tikintisi: Günahkarlar istədiklərini etməkdən çəkinmirlər - FOTOFAKTLAR

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişdi

Bütün xəbərlər