gundem / Cəmiyyət
11.10.2024, 17:15
“Araz” market “Hacı Turqay” halal sosiskasının üzərinə donuz əti və donuz piyi oluduğunu göstərən etiket yapışdırıb
“Araz” marketdə satışa çıxarılan “Hacı Turqay” halal közləmə sosiskalarının üzərində tərkibində donuz əti və donuz piyi oluduğunu göstərən etiket müştəriləri çaşbaş salıb.
"DogruXeber.az" Pravda.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Paylaşılan görüntülərdən aydın olur ki, “M & T LTD”yə məxsus “Hacı Turqay” halal sosiskanın tərkibində donuz əti olmadığı göstərilsə də, “Araz” marketin yapışdırdığı etiketdə donuz əti və donuz piyi yazılıb.
Məsələni araşdırmaq üçün Pravda.az istehsalçı “M&T Ltd” firması ilə əlaqə saxlayıb.
Kommersiya şöbəsindən saytımıza bildirilib ki, problem qarşı tərəfin texniki xətasına görə yaranıb: “Məsələ həllini tapıb”.