Baş nazir İqtisadi Şuranı topladı

Oktyabrın 10-da İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

"DogruXeber.az" xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və iclasda iştirak edən Baş prokuror Kamran Əliyev çıxış ediblər.

Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” QSC-nin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri dinlənilib.

Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Oxunub: 105

Son xəbərlər

Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

Azərbaycanda bu həkimlər rüşvətlə "cərrah" olublar? — Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI

Bu da Malik müəllimin COB29 TƏDARÜKÜ: SƏN AĞACI HARA ƏKƏCƏKSƏN AXI?.. - İcazə verin şübhələnək...

Dövlət büdcəsini "professional" şəkildə dağıdırlar... "Qurumların səhvləri araşdırılmalıdır" - Video

“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO

Baş nazir bu nizamnaməni təsdiq etdi

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Körpəlikdə oynanan oyunların faydaları nələrdir?

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə iş günlərində 6 reys LƏĞV OLUNUR

Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR

Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"

Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər

“Çingiz Aytmatov” ordeni ilk dəfə İlham Əliyevə təqdim edildi

Aqrar Universitet Türkiyədən olan onlarla müəllimə yüzminlərlə vəsait ödəyir — TAM SİYAHI

“ResŞOK: Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı

Aİ III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?–Məhkəmə

Quba İH “xərcə düşüb” – Səbəb

Demarkasiya prosesi Naxçıvan sərhədlərini də əhatə edəcək - AÇIQLAMA

Evlilik depressiya riskini azaldır - Alimlərdən maraqlı araşdırma

İlham Əliyev Qırğızıstana getdi

Azərbaycandan Avropaya qaz ixracatı artıb

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı geniş məqalə dərc olunub

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

Orban Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcək

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Bütün xəbərlər