gundem / siyaset / dunya
12.10.2024, 12:00
Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi
Rusiya Yaponiyaya oktyabrın sonu - noyabrın əvvəlində Tokionun Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planları ilə bağlı adekvat cavab tədbirləri barədə xəbərdarlıq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Yaponiyanın Moskvadakı səfirliyinə Rusiya Federasiyasının suverenliyini qorumaq üçün gözlənilən adekvat cavab tədbirləri barədə xəbərdarlıq edilib”, - məlumatda deyilir.