Dünyada bu dili yalnız iki qardaş bilir

Metyu və Maykl Yulden adlı əkiz qardaşların hər biri 25 dil bilirlər, lakin əslində daha bir dil bilirlər: Umeri. İndiyə qədər Umeri dilini eşitməməyiniz normaldır. Çünki bu dili Metyu və Makykldan başqa bilən yoxdur. Yulden qardaşları uşaqlıq illərində inkişaf etdirdikləri bu dili hələ də danışmağa, oxumağa və yazmağa davam edirlər. Yəni əkizlər bu xüsusi dili bütün cəhətləri ilə yaşadırlar. Onlar vurğulayırlar ki, umer dilinin məqsədi öz ailələrindən və ətraflarından gizli ünsiyyət qurmaq deyil.

"DogruXeber.az" xəbər verir ki, qardaşlar bununla bağlı BBC-yə açıqlama veriblər.

"Umeri heç vaxt ünsiyyətimizi gizli saxlamaq üçün yaradılan bir dil olmayıb. Umeri bizim üçün böyük emosional dəyərə malikdir, çünki eyni əkizlər olaraq paylaşdığımız dərin bağı əks etdirir", deyə qardaşlar bildirib.

Dünyada bu dili yalnız iki qardaş bilir

Əkizlərin 30-50 faizində ortaq bir dil və ya ünsiyyət formaları inkişaf etdirdiyi təxmin edilir. Bu vəziyyət yunanca "gizli nitq" mənasını verən "kriptofaziya" adlanır.

Kaliforniya Dövlət Universitetinin Əkizləri Araşdırma Mərkəzinin direktoru Nensi Seqal bildirib ki, bu gün bu fenomeni təsvir etmək üçün daha uğurlu və nüanslı terminlər istifadə olunur və o, "özəl söhbət" termininə üstünlük verir. "Əkizlər mif anlayışları" kitabında bu məsələyə toxunan Seqal əkizlər arasındakı söhbətləri "ortaq şifahi anlayış" ifadəsi ilə təyin edir.

Dünyada bu dili yalnız iki qardaş bilir

Seqal yazır: "Mövcud araşdırmalara nəzər salsaq, əkiz körpələrin təxminən yüzdə 40-da bir növ "əkiz danışıq" olduğunu söyləmək səhv olmaz. Lakin bu rəqəm əkizlərin dil inkişafının nə qədər mürəkkəb olduğunu izah etmək üçün kifayət deyil".

İngiltərənin Mançester şəhərində doğulub boya-başa çatan Yulden qardaşları körpəlikdən bəri müxtəlif etnik mənşəli və mədəniyyətlərdən olan insanlarla birlikdə böyüyüb. Bu, qardaşların müxtəlif dillərə olan tanışlığını və sevgisini artırıb.

Qardaşlar Umeri ilk dəfə nə vaxt istifadə etdiklərini dəqiq bilmədiklərini, lakin hələ məktəbə getmədikləri zaman danışdıqları şeyləri başa düşməyəndə babalarının çaşqın olduğunu xatırladıqlarını deyiblər. Səkkiz yaşında ikən ailəsi ilə birlikdə İspaniyaya tətilə gedən Yulden qardaşları səfərdən əvvəl ispan dilini öyrənməklə məşğul idi. Bunun səbəbi, ispan dilini bilməsələr, dondurma sifariş edə bilməyəcəklərini düşünmələri olub. Əllərində ingiliscə-ispanca lüğət olan qardaşlar ispan dilinin qrammatikasından çox anlamasalar da, demək istədiklərini sözbəsöz çevirməyə, dərdlərini izah etməyə çalışıblar.

Yulden qardaşları gələcəkdə doğulacaq övladlarına belə dillərini öyrətməyi planlaşdırmadıqlarını və bu təcrübəni başqaları ilə paylaşmağın onlara qəribə gəldiyini bildiriblər.

"Bu, iki nəfər tərəfindən danışılan unikal bir dildir. Təəssüf ki, bu, son istifadə tarixi olan şeylərdən biridir", deyə Maykl bildirib.


Oxunub: 244

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər