Azərbaycanda qızılın qiyməti bahalaşacaq

Qızılın qiyməti tarixdə ilk dəfə unsiya üçün 2 800 ABŞ dolları ötüb. Belə ki, qiymətli metalın dekabr fyuçersi 0,69 % artaraq 1 unsiya üçün 2800,25 ABŞ dolları səviyyəsinə çatıb.

Analitiklər qızıl bazarındakı yeni rekordu ABŞ-dəki seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, həmçinin Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.

Bəs görəsən, bu artım Azərbaycanda qızılın qiymətinə necə təsir göstərəcək?

İqtisadçı deputat Vüqar Bayramov  açıqlamasında bildirib ki, Azərbaycan qızıla olan tələbi daha çox idxal hesabına ödəyir. Onun sözlərinə görə, qızıl idxal etdiyimiz ölkələr İtaliya, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliyidir:

"Bu ölkələrdən idxal hesabına daxildə qızıla olan tələb ödənilir. Təbii ki, yerli istehsalımız var. Bu istehsal daha çox yığım üçün istifadə olunur. Nəticədə emaledici və bazara çıxarılan qızıl xaricdən alınır. Dünya bazarında qızıln qiymətindəki dəyişikliklər mütəmadi müşahidə olunur. Bu baxımdan, Azərbaycanda qızıl bazarında da qiymət artımları müşahidə olunmuşdu. Əgər dünya bazarındakı qiymət artımları uzunmüddətli dövrü əhatə edərsə, bu halda Azərbaycana idxal olunan qızılın xərcində də artımlar olacaq. Xərcin artması ilə Azərbaycan istehlak bazarında qızılın qiymətində artımlar müşahidə oluna bilər. Ölkəmizin istehlak bazarında qızılın qiymətinin dəyişməsi birbaşa dünya bazarındakı qiymət artımlarının hansı dövrü əhatə etməsi ilə bağlı olacaq. Əgər bu qısa deyil orta və uzunmüddətli dövrü əhatə edəcəksə, bu halda daxili bazarda da qiymət artımları müşahidə edəcəyik".


Oxunub: 210

Son xəbərlər

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!

Saleh Səmədovun yerinə yeni sədr seçildi

Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

"İlham qardaşımın 9-cu nəvəsi oldu" - Ərdoğan

Yasamal rayonunda sakinlər üçün növbəti səyyar qəbul keçirildi - FOTO

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu - FOTO

"Dövlət layihəsi" adı altında "qaz vurub, qazan dolduranlar" - VİDEO

201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi

"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var

Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək - Prezident açıqladı

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi - Həyat yoldaşı müraciət etdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyil" - Prezident

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir // VİDEO

Tənhalıq kar olmağımıza səbəb ola bilər

Hansı evlərə “kupça” verilmir?

Sədr müavini Nazir təyin olundu

Ali Məhkəmədən əsassız varlanma ilə bağlı mühüm qərar

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

"Memar Əcəmi"yə ciddi təhlükə yaradan nəhəng obyekt tikintisi: Günahkarlar istədiklərini etməkdən çəkinmirlər - FOTOFAKTLAR

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişdi

Bütün xəbərlər