gundem / hadise / dunya
30.10.2024, 15:00
Bu ölkədə həkimlər kütləvi şəkildə istefa verirlər
Maaşlarının az olması Slovakiyada həkimlərin ümumi sayının yarıdan çoxunun istefa ərizəsi yazmasına səbəb olub.
"DogruXeber.az" xəbər verir ki, bu barədə SME xəbər portalı məlumat yayıb.
Müraciətlər 34 xəstəxanada çalışan müxtəlif tibb ixtisaslarından olan 2700-dən çox həkim tərəfindən verilib. Onlar maaşların artırılmasını və səhiyyəyə dövlət tərəfindən ayrılan vəsaitin ümumi şəkildə artırılmasını tələb edirlər. Əgər səlahiyyətli orqanlar onların tələblərini yerinə yetirməsələr, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iki aydan sonra onlar büdcə tibb müəssisələrində əmək vəzifələrini yerinə yetirməkdən azad ediləcək və öz iş yerlərini tərk edəcəklər.
Həkimlərin kütləvi etirazı onların həmkarlar ittifaqının təşəbbüsü ilə baş tutub. Analoji addımlar 2011 və 2022-ci illərdə həkimlər tərəfindən atılıb. Sonra səlahiyyətlilər təqdim olunan iqtisadi tələbləri təmin ediblər. Bu arada Slovakiya Səhiyyə Nazirliyinin hazırkı rəhbərliyi etirazçıların diktəsinə tabe olmaqdan imtina etdiyini bildirib.