Dövlət büdcəsini "professional" şəkildə dağıdırlar... "Qurumların səhvləri araşdırılmalıdır" - Video

DogruXeber.az: - Bakının Pirşağı kəndi haqqında çox danışmışıq, yollarından, sahibsiz itlərindən... Kəndin bir hissəsinə verilən, digər hissəsinə verilməyən su haqqında çox yazılarımız olub. Və belə düşünürəm ki, bu kəndin bütün problemləri həll olunmayana qədər bu problemləri detallarına qədər hər zaman işıqlandıracağıq...

2022-ci ildə kəndin yollarını asfaltlamışdılar. Küçələr güzgü kimi idi. Bütün pirşağılılar sevinmişdi ki, bəs bizim də üzümüzə “tale gülərmiş”. Sonra həmin küçələri sözün hər mənasında dağıtdılar. Kanalizsiya, elektrik xəttləri və s. çəkdilər. Görünən odur ki, bu işləri görən qurumlar koordinasiyasız şəkildə işləyir. Yəni hərə “öz işimi gördüm bitirdim” deyə iş görür, büdcəsini bağlayır. Bəs iş görülürsə, hanı nəticə?

Qeyd etdiyim kimi yeni çəkilən asfaltı dağıdıb, kanalizasiya çəkdilər. İndi ana yolu təmir ediblər güya. Buna təmir demək olarsa... Yolun üzərində saysız kanalizasiya lyukları var ki, avtomobillərin hərəkətinə mane olur. Bəzi lyukları çox yuxarı qoyublar, sanki yağış ayaq açıb özü lyuka girərəck, bəzi lyuklar da o qədər dərin qoyublar ki, lyuka düşdünsə, avtomobilin altı mütləq yerə dəyəcək. Yəni işi bilməsən belə, müşahidə edəndə işin qeyri-professional şəxslər tərəfindən görüldüyü aydın şəkildə bəlli olur...

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Pirşağıda tamamlanmayan çirkab sularının təmizliyi kompleksi Bakı və Abşeron üçün çox vacib layihələrdən biridir. Belə ki, Abşeronun Şimal-şərqində olan yaşayış məntəqələrinin bütün çirkab suları təmizlənəndən sonra bir hissəsi suvarma üçün istifadə olunacaq, digər hissəsi dənizə axıdılacaq. Eyni zamanda bu Abşeronun Şimal hissəsindəki çimərliklərin ekoloji vəziyyətinə müsbət təsir edəcək.

Dövlət büdcəsini "professional" şəkildə dağıdırlar... "Qurumların səhvləri araşdırılmalıdır" - Video

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev


“Təəssüflər olsun ki, bu layihənin hər dəfə açılışı uzanır. Orada daşıyıcı kollektorların tikintisi çox yubandı. Düşünürəm ki, bu layihəni tezləşdirmək lazımdır. Çünki, bu ərazilərdə artıq aktiv tikinti işləri həyata keçirilir. Yaxınlığında “SeaBreeze” inşa olunur, sürətli avtomobil yolu tikilir. Bu ərazini daha da cəlbedici edəcək və neçə illərdir fəaliyyət göstərən şəhərətrafı elektrik qatarı gündəlik əsasla bu əraziyə çıxışı təmin edirsə, ərazidə olan çatışmazlıqlar aradan qaldırılmalıdır”-deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, ümumi olaraq qurumlar arasında koordinasiya çox zəifdir: “Bir qurum əvvəl yol çəkir, digər qurum onu dağıdıb, digər kommunikasiyanı keçirir və ya yekunda bərpa olunandan sonra da bəzi natamamlıqlar müşahidə olunur. Bu mövzuda ilkin olaraq mövzunun vacib olduğu qurumlararası inteqrasiya və kommunukasiyanın təşkili yönündə işlər görmək lazımdır.

Lyukların axış qapaqlarının yuxarıda qoyulması məsələsinə gəldikdə, suyun ora yönəlməsi məsələsi var. Bu məsələ də araşdırılmalıdır, orada işlər bitibmi? Ola bilər ki, bir neçə lay asfalt vurulmalıdır. Amma, hələ iş tamamlanmıyıb. Bəlkə də bu səbəbdən elə vəziyyət yaranıb. Səhvlər varsa, araşdırılıb müvafiq olaraq tədbir görülməlidir”-deyən ekspert qeyd edib ki, Pirşağı ətrafında böyük layihələr icra olunur. Pirşağı su təmizləyici qurğusu, Pirşağı-Böyükşor avtomobil yolu, Pirşağının daxilində abadlıq işləri, Pirşağı-Novxanı-Fatmayı-Saray N1-N4 magistralını əlaqələndirən yol, hər tərəfdən Pirşağı istiqamətində hərəkətlilik müşahidə olunur. Bu da yaxın gələcəkdə Pirşağının əlçatanlığına birbaşa təsir edəcək.

Rauf Ağamirzəyevin fikrincə, qeyd olunan problemlər vacib problemlərdir və insanların gündəlik həyatına təsir edirsə, təxirə salınmadan aradan qaldırılması yönündə tədbirlər görülməlidir”.



P.S. Təbii ki, bu problemlər bizim gündəlik həyatımıza təsir edir. Məsələn, mənim yaşadığım məhəllədə qapağı olmayan iki lyuk var. Eyni zamanda küçəmizi elə dağıdıblar ki, əvvəllər asfalt çəkilməmişdən öncəki halı daha yaxşı idi. Bizim kəndimizi əslində abadlaşdırmaq istıyirlər, prezidentin bununla bağlı tapşırığı da var. Görünən odur ki, ya işi qeyri-professionallara tapşırıblar, ya da professionnallar tərəfindən professional şəkildə büdcədən pul silinir. Xeyirlisi!// Bizimyol.info


Oxunub: 262

Son xəbərlər

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

Naxçıvan Sənaye Parkı yaradıldı

İstifadə müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək

Rusiyanın Paşinyana cavabı gecikmədi

Sabah hava necə olacaq?

Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

Gətirən də peşmandır, aparan da... -Sahibkarların kütləvi həbsi nədən xəbər verir?

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Azərbaycanda bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək

Bütün xəbərlər