gundem / sosial / Cəmiyyət
5.11.2024, 13:30
Evlilik depressiya riskini azaldır - Alimlərdən maraqlı araşdırma
"Evli insanların depressiya riski subay insanlara nisbətən 80% daha azdır".
"DogruXeber.az" xəbər verir ki, bu maraqlı araşdırma Makao Universitetinin (Çin) alimləri tərəfindən aparılıb.
Elm adamları nikahın qeydə alınması ilə depressiyaya düşmə riskini azaltmaq arasında əlaqə qurublar.
100.000 insan üzərində aparılan araşdırma, subay insanların depressiyaya düşmə riskinin evlilərə nisbətən 80% daha yüksək olduğunu, boşanmış və ya ayrılmış şəxslərdə isə bu rəqəmin 99%-ə yüksəldiyini göstərib. Dul qadınlar da depressiyaya daha çox məruz qalırlar. Partnyorunu itirmiş insanlarda bu xəstəliyə tutulma ehtimalı 64%-ə çatıb.
Tədqiqatçılar hesab edirlər ki, evli insanlar arasında depressiya səviyyəsinin aşağı olması sosial dəstək, iqtisadi sabitlik və tərəfdaşların bir-birinin rifahına müsbət təsir göstərməsi ilə bağlıdır.
ABŞ, Böyük Britaniya və İrlandiya kimi Qərb ölkələrində tənha insanların depressiyaya düşmə ehtimalı Cənubi Koreya, Çin və İndoneziya kimi şərq ölkələrinə nisbətən daha çoxdur. Ən böyük risk kişilərdə və təhsil səviyyəsi yüksək olan insanlarda müşahidə olunur.
Elm adamları subaylar, xüsusən də yüksək riskli qruplar üçün mədəniyyətə uyğun dəstək proqramlarının hazırlanmasının vacibliyini vurğulayırlar.